Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

338 syf.
9/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
“Testi kırılmadan” Bir narkotikçinin kaleminden Erken Uyarı Sistemi.
Yaşadığımız bu dövrdə ətrafımızda tanıdığımız və ya tanımadığımız yüzlərlə narkotik aludəçisi insanlar var. Bu kitab sayəsində belə insanlara necə yardım edə bilərik, narkotiklə mübarizənin əsas üsulları nələrdir, gündən-günə cəmiyyətimizdə dayanmadan istifadəsi artan bu zəhərlə qarşılaşdıqda hansı tədbirləri görməliyik və s. kimi suallara cavab tapmaqla kifayətlənməmiş, həm də istifadəçilərin psixologiyası ilə ətraflı tanış oldum. Kitab həyatını narkotiklə mübarizəyə həsr etmiş polis , həm də məhkəmə tibbi ekspertiza sahəsi üzrə də uzman ünvanı almış Zafer Ercan tərəfindən qələmə alınmışdır. Yazıçı bu kitabda Türkiyədə narkotik istifadəçilərinin buna necə aludə olduqları haqda paylaşdıqları hekayələrə də yer vermişdir. Nəzərə alsaq ki, bugünki gün Azərbaycanda “patı, şüşə, kakos” və s. kimi adlandırılan metamfetamin maddəsinin istifadəsi çox artıb; belə hallarla qarşılaşmaq ehtimalına əsasən hər kəs bu kitab vasitəsilə məlumatlana bilər. Əsas da yetkinlik yaşına çatmamış şəxslərin bu bəlaya düçar olmaması üçün valideynlərin və ailə üzvlərinin maarifləndirilməsi, məncə mütləqdir. Onu da qeyd edim ki, kitabın ən təsiredici hissəsi “qurban”ların bu barədə Zafer bəylə paylaşdıqları hekayələridir. Bir daha hər kəsi cəmiyyətimizdə baş qaldıran bu bəla ilə mübarizəyə, psixoloji durumunda problem olanlara qarşı həssas olmağa və ən əsası da bu zəhərə aludə olmuş insanlara qarşı laqeyd yanaşmamağa çağırıram. Kitabda qeyd olunduğu kimi; unutmayın ki, bu bəla bir gün sizin də qapınızı döyə bilər. Xoş mütaliələr.
Testi Kırılmadan
Testi Kırılmadan
Zafer Ercan
Zafer Ercan
Testi Kırılmadan
Testi KırılmadanZafer Ercan · Nemesis Kitap · 201028 okunma
·
104 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.