Gönderi

456 syf.
10/10 puan verdi
Deyirlər ki, kitab oxumaq dünyaya bir dəfə gəlib minlərlə həyat yaşamaq deməkdir. Bu kitabı oxuduqda sözün əsl mənasında minlərlə həyat yaşamış olursunuz. Bir tərəfdən özünü həmin qadınların yerinə qoymaq dözülməz gəlir, digər tərəfdən onları əsgər olaraq yox, qadın olaraq başa düşürsünüz. Bir gecədə saçı ağaran... Müharibəyə kiçik yaşda getdiyi üçün dörd ilə 10 sm boyu uzanan... Müharibədə çox qan gördüyü üçün qırmızı rəngə allergiyası olan...(sözün həqiqi mənasında) Düşmən əlinə keçməmələri üçün öz körpəsini bataqlıqda boğmaq məcburiyyətində qalan...(əvvəllər bu hissə senzuradan keçməyibmiş) Sırf qadın olduqları üçün müharibədən sonra xorlananlar. Axı onlar dörd il kişilərlə bir yerdə döyüşmüşdülər... Bu kitabda onlar rus, əsgər hətta insan olaraq yox, qadın olaraq danışırlar... Son olaraq əsərdən bir cümlə ilə bitirmək istəyirəm: "Bu kitabı oxuyana yazığım gəlir, elə oxumayana da..."
Müharibə Qadın Simalı Deyil
Müharibə Qadın Simalı DeyilSvetlana Aleksiyeviç · Xan Nəşriyyat · 20151,067 okunma
··
1 artı 1'leme
·
70 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.