Gönderi

"Eh, Vüqar...Bəlkə də ürəyində məni yenə qınayacaqsan,sadəlövh adlandıracaqsan, yaxud da xəyalplovluqda günahlandıracaqsan...Ancaq qulaq as, gör mənim arzum, diləyim nədir... Mən, balaca bir kənd aqranomu, yarımsavad kənd ziyalısı, öz xalqımı dünyanın ən çox inkişaf etmiş, tərəqqi tapmış böyük xalqları ilə bir sırada görmək istəyirəm. Onun qabaqcıl oğullarının adlarını bütün yer üzündə şöhrətlənmiş, nadir şəxslərin adları arasında oxumaq istəyirəm. İstəyirəm ki, azərbaycanlı alimin sədası uzaq ölkələrdən, qitələrdən gəlsin. Şairlərimiz, ədiblərimiz, bəstəkarlarımız, həkim və mühəndislərimiz dünyanın hər bucağında tanınsın, hətta, bu gün dillər əzbəri olan kosmos qəhrəmanları ailəsində mənim də xalqımın nümayəndəsi olsun! Sayca, ərazicə kiçik xalqların böyük xalqlarla ayaqlaşa bilməsi üçün, gələcək inkişafı üçün bu ən vacib şərtlərdəndir... İmzasını qoymuş miləl övrəti-hayətə, yox millətimin xətti bu imzalar içində..."
·
19 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.