Gönderi

287 syf.
10/10 puan verdi
Dostlarım bilir ki, daha çox epik-fantastik tərzdə kitablar oxumağı xoşlayıram, özüm də ən azından belə düşünürəm, amma emosiya dolu əsərləri - "Çərpələng uçuran", "Mənim Payım" və s. - də oxumaqdan zövq alıram. Ona görə əslində sıxılacağımı gözlədiyim bu əsər məni çox təəccübləndirdi, bununla da kifayətlənmədi, bəlkə gələcəkdə - daha çox kitab oxuyanda- qurmağı xəyal etdiyim top 10 siyahıma daxil oldu, buna əminəm. Sadəcə emosiya dolu əsər deyildi bu, "Həyat kitabı" idi mənimçün. Üz qabığını sevdiyim üçün (Koridor yayınlarının üzü qırmızı parçadandı) bu nəşri aldım. Yazı stili, Türkiyə türklərinin keçən əsrdə işlətdiyi əksər sözlərin səhifənin altında verilmiş qeydlərə baxmadan belə dilimizdə mövcud olub anlaşılması ayrı zövq verirdi. Kitabdan "alıntı" paylaşmadım, bu da mənim "içimdəki şeytan" olsun) Nə yazsam kitab haqda az qalacaq, məncə. Çünki hər şey görəcəksiz, sevgi, insan münasibətləri, insan xisləti, dostluq, doğru və yanlış fəlsəfəsi, fərqli növdə "şeytan"lar və daha nələr...
İçimizdeki Şeytan
İçimizdeki ŞeytanSabahattin Ali · Koridor Yayıncılık · 2022171.9k okunma
·
72 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.