Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

216 syf.
8/10 puan verdi
·
30 saatte okudu
Şəxsi bir otaq/Virginia Woolf
Virginia Woolf qadın mövqeyinin aşağı olduğu,cinslər arasında fərqlər qoyulduğu,seçki hüququnun olmadığı, acizlər toplumu tərəfindən qadınların inkişafının qarşısının alındığı əsrdə yaşayıb və kitabı qadınlara seçki hüququ verildikdən sonra çap edilib.Bu kitabda qadınlara olan kin və nifrətin çox,hörmətin niyə bu qədər az olduğu, mövqelərinin niyə aşağı tutulduğu, kişilərdən niyə aşağı hesab edildiyi kimi suallara cavab axtarmış və qədim dövrlərdən onun yaşadığı dövrə qədər qadın həyatından,onlara cəmiyyətin münasibətindən,onlara qarşı olan şiddətdən təəsüflənərək bəhs etmiş və "niyə" sualını ortaya atmışdı.Həmin dövrün acizlərinin fikrincə "ən istedadlı qadın ən pis kişidən əskikdir". Virginia Woolfun fikrincə(həm də zatən belədir) qadın inkişafının qarşısının alınması, söz haqqının verilməməsinin və bu kimi halların tək səbəbi kişilərin zəif inamından,qorxaqlığından qaynaqlanır. Çünkü qadın danışmağa və həqiqəti dəməyə başlarsa onların mövqeyi kiçilərdi.
Şəxsi Bir Otaq
Şəxsi Bir OtaqVirginia Woolf · Teas Press Nəşriyyatı · 038,1bin okunma
·
18 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.