Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

9/10 puan verdi
Spoilər var! İlyas Əfəndiyev’dən oxuduğum ikinci kitabdır keçən ilin Sentyabr ayında son bitirdiyim kitab Söyüdü arx kitabı olmuşdu, Ama Körpüsalanlar əsərini Söyüdlü arx əsərindən daha çox bəyəndim Kitabın dili çox axıcı idi, gah Adilin gah da Səriyyənin dilindən qələmə alınması xoşuma gəldi düşüncələr daha düzgün və daha aydın şəkildə başa düşülür oxucu tərəfindən. Müəllif təbiəti təsvir etdikcə təbiət gözlərimin önündə canlanır o dağları mən seyr edir, yağan yağış damlaları altında mən islanırdım, günəşin işıqı mənim üzümü işıqlandırırdı,ildırımın çaxnaşması ilə aşıb daşan sel məni xəyalımdan oyandırırdı Diqqət Spoilər var İki ayrı xarakterə sahib olan ər-arvadlığı bacarmayan Adil və Səriyyə 1 ilə yaxın idi ki evli idilər Çiçəyi burnunda olan ailənin çiçəyi bu qədər mi tez solar? Mənim fikrimcə Onların evliliyi sevgidən ibarət deyildi,Adil Səriyyə’yə qarşı soyuq idi bəlkə də Səriyyə gözlədiyi dəyəri və sevgini yetərincə almadığı üçün belə idi? Axı əsl sevən insan qəlbində sevgini həqiqətən duyan insan ona yad olan birinə necə fərqli hisslər duya bilirdi? Səriyyənin əsərdə ki sözünə diqqət yetirək «Mən heç bir zaman, heç bir kəsi özümə bu qədər yaxın, bu qədər doğma hiss etməmişdim.» Demək ki O Adili sevmirdi. Unutmayaq və əməl edək! Evlilik məsuliyyət tələb edir yalnız və yalnız özündən əmin olanlar bunu boynuna götürə bilər, ama mən də qınamıram insan bəzi şeyləri evləndikdən sonra dərk edir. Onu da vurğulayım ki Məgər evləndin daha azad deyilsən? Məncə siz azadlığın nə olduğunu bilmirsiz! Azadlıq Heç Səriyyənin elədikləri də deyildi Kitab haqqında rəylərini bildirənlərə də göz atmıştım Səriyyəni qınayanlar qədər Adili də qınayanlar az deyil, şiddətcil biri olduğunu da vurğulayanlar olub, insan qarşılıq görməyən də gözlədiyi dəyəri hiss etməyən də bu kimi fikirlər ağıldan keçir Əgər əsərdə Səriyyənin etdiklərini Adil etsəydi oxucular çoxda qəzəblənməzdilər yəqin ki həm də çox böyük təsir bağışlamazdı fikrimcə , demək olar ki realda və əsərlərdə, kitablarda və filmlərdə kişilərin xanımlarına etdiyi xəyanətlər barədə eşidir, görürük bu da bir tərəfdən qəribədir niyə məhz kişilər?belə hadisələrlə qarşılaşdığda bəzilərimizə O kişidir, onsuzda kişilər edir fikiri qonur beynimizə ama niyə qadın edəndə hər kəs qınayır?Niyə Səriyyə bu qədər qınanıb oxucular tərəfindən? O mənim fikrimcə əxlaqsız deyildi mən əminliklə deyirəm ki bir çoxlarımız Səriyyənin ürəyindən keçirdiklərini ürəyimizdən keçirmişik, Qadınlarda Kişilərdə Az əvvəl də bildirdiyim kimi elə kitablar o qədər olub ki kişinin xəyanətinə rast gəlmişik ama qadından belə bir şey görəndə sanki daha da qəzəblənir və təəccüblənirik Əsər haqqında əlavə fikrlərimi də qeyd etmək istəyirəm Hər kəs o qədər Səriyyənin etdiklərinə fokslanıb ki Heç kim əsərdə ki təbiətin gözəlliyindən bəhs etməyib Körpüsalanların saf niyyətlərindən, Evli qadına pis niyyətlə yaxınlaşmamaqlarından bəhs etməyib.O çox səmimi və yardımsevər Qadın idi Səriyyə’ə ilə tam razı olmasam da bir çox şeyin sevgisizlikdən və yaşın az olmasından qaynaqlanmasına əminəm Adil də Səriyyə də hər ikisi özünə görə haqqlı və haqqsız idilər Adilin 30 Səriyyənin 19 yaşı var idi Adil vurğulayır ki yaşca kişi qadından böyük olsa yaxşıdır, mənik fikrimcə düzgün fikir deyil birincisi ona görə ki Qadınla Kişinin arasında olan münasibətin yaş ilə əlaqəsi yoxdur bu İnsanın neçə yaşı olur olsun, sevgi, hörmət, anlayış deyilən şeyi bacarmalıdır. Anlaşmamazlıqların çoxlu səbəbləri var mən bir səbəbə toxunmaq istəyirəm arada çox yaş fərqi olanda zövglər üst-üstə düşməyə bilər, düşüncələr fərqli ola bilər, baxış açıları fərqli ola bilər, daha çox yaşı olan az yaşlıya baxanda daha çox görmüş, təcrübə qazanmış ola bilər, ama təcrübəni tam da yaş ilə əlaqələndirmirəm. Adilin hissləri ilə addımlaması yanlış idi, nə olsun ki rəis idi işini yaxşı görəni öz hissləri üçün çörəyindən etməyə haqqı yox idi.
Körpüsalanlar
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0388 okunma
·
2 artı 1'leme
·
175 görüntüleme
Fidan okurunun profil resmi
Qəşəng təhlil etmisən.🌸🌿
Sisu okurunun profil resmi
Təşəkkür edirəm❤️
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.