Gönderi

9/10
·451 syf.··
Beğendi
·
2023 16. kitabı
·
15 günde okudu
·
Okunma: 05 Ekim 2023 00:00
Əvvəla salam əziz oxucu dost.Kitabı oxuyan zaman bəzi işlərim olduğuna görə bir qədər gec oxuyub bitirdim.Əslində isə kitabın dili asan və axıcıdı.Bəzi rəylərdə yazıldığı kimi kitabın sonun təxmin etmək həqiqətən mümkünsüz kimi birşeydi.Çünki sonunu təxmin etmək üçün bir qədər başqa məlumatları da bilməlisiz.Bu arada kitabda yerinə görə dünyagörüşünüzü artıracaq maraqlı faktlar və məlumatlar da var ki,bu cəhətdən çox bəyəndim kitabı.Mənim üçün qaranlıq qalan bir neçə məqam oldu kitabda,ancaq spoiler olmaması üçün bu hissələrdən danışmıram.Müəyyən qədər araşdırmalarımdan sonra bu hissələrin yazıçı tərəfindən bir qədər yola vermək xatirinə üstündən keçdiyini düşünmədim desəm yalan olar açığı :).Kitabın sonu da mənim üçün qaranlıq qaldı.Sonda qəhrəmanın etdiyi şey sevdiyi üçün bir cəza yoxsa hədiyyə idi? bu seçimlər arasında düşündürdü məni.Son olaraq dedektiv tərz sevən dostlarım üçün məncə yeni baxış pəncərələri yarada biləcək gözəl bir kitabdır.Oxumağa dəyər mütləq.Və birdə unutmadan yazarın digər kitablarını oxumadan ilk bu kitabını oxudum və digər kitablarına da mütləq şans verəcəm.
Düşünce
OyunbazWulf Dorn · Yay Nəşriyyat · 20185,8bin okunma
·
94 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.