Gönderi

216 syf.
7/10 puan verdi
Qadınlığını sadəcə ana olaraq yaşayanlar
Kitabın adına görə baş vurmuşdum. 3 macəra həvəskarı gənc oğlan şayiələrin olduğu bir bölgəyə səyahət etməyə qərar verirlər. Əsər də tam orda başlayır. Orda gördükləri, ilk başda qəribə gəlsə də, bir müddət sonra bizim dünyamızla müqayisə etməyə başlayır. Təbii ki, əsər utopikdir. Çünki elə bir dünya yoxdur. Ancaq müəllif qadınlar tək yaşasaydı necə olardı sualına cavab verməyə çalışıb. Doğum məsələsinə də utopik bir həll təklif edib. Əsər dünyamızdakı qadınları aşırı qadınsılıqla, biz kişiləri də aşırı maskulinliklə günahlandırır. Təbii ki, ona da öz arqumentlərini gətirir. Fərqli bir dünya, kişilərsiz dünyanın varlığı maraqlı fikirdir. Ancaq mümkün deyil hər bir halda. Tam kişilərin olduğu dünya da mümkün deyil. Gəlin bərabər yaşayaq
Kadınlar Ülkesi
Kadınlar ÜlkesiCharlotte Perkins Gilman · İthaki Yayınları · 201812,4bin okunma
·
1 artı 1'leme
·
32 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.