Gönderi

88 syf.
·
Not rated
Əsəri Dünya ədəbiyyatı imtahanına hazırlaşarkən oxudum.Xəlil Cibranın həyatı haqqında oxuduqda onun anasının bu dünyanı sevməməsi,həyata Xəlil dünyaya gəldikdən sonra qatlanmağa məcbur olduğunu gördüm.Xəlil Cübran 'Qırıq qanadlar"əsərini də anasının bu sözündən sonra ilhamlanaraq yazıb. Əsərin qısa məzmunu belədir: təhkiyəçi, yəni müəllifin özü, eyni zamanda, baş qəhrəmanlardan biri atasının köhnə dostu Faris Kəramə ilə qarşılaşır. Faris Kəramə adlı-sanlı, nüfuzlu bir adam idi. Günlərin birində Faris Kəramə onu öz evinə dəvət edir və qəhrəman burada Kəramənin qızı Səlma ilə tanış olur. Eyni yaşda olan bu iki gənc arasında ilk baxışdan sevgi yaranır. Lakin bu sevgi faciəli sonluqla bitir. Faris Kəramə könülsüz olaraq qızını arxiyepiskop Bulis Qalibin qardaşı oğlu Mənsur bəyə ərə verir. Alçaq xislətli, tamahkar və əxlaqsız Mənsur bəy Faris Kəramənin var-dövlətinə yiyələnmək və cəmiyyətdə öz nüfuzunu möhkəmlətmək barədə düşünürdü. Səlma bir insan kimi onun üçün maraqlı deyildi. Qızının bədbəxtliyi ata Kəraməni dərdə salır və çox keçmir ki, o, ölür. Məhəbbətlə məcburiyyət arasında çırpınan Səlma sevgisi yolunda ölümə aparan yolu seçir. Övladını dünyaya gətirərkən gözlərini əbədi olaraq yumur.Səlma atasının qəbrinin içində övladı ilə birlikdə dəfn olunur.Əsər qəhrəmanın Səlmanın qəbri üstündə göz yaşı axıtması ilə bitir.
Kırık Kanatlar
Kırık KanatlarHalil Cibran · Türkiye İş Bankası Kültür Yayınları · 20189.6k okunma
·
1 plus 1
·
63 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.