Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

288 syf.
10/10 puan verdi
·
Beğendi
Səfəvi
Kitab tarixi sənədlərə dayansada insanı təəccübləndirir. Xüsusən "Səfəvilər" haqqında oxumağı sevənlər mütləq oxusun. Bir yazıçı dostumla bu kitabı müzakirə edirdik. Şah İsmayil Xətainin ölümü haqqında müəyyən variantları danışırdıq. Mən bu kitabda Şah İsmayilin ölümünü xəncərlə olduğu variantını dedim. Yazıçı dostum belə bir variantın olduğunu bilmirdi və birdən gülərək dedi: Bir gecə Şah İsmayili yuxumda gördüm. Düzdü üzünü görməsəmdə bilirdim ki, odu. İki əli ilə sinəsi bərabərində bir xəncər tutmuşdu. Dedi ki, bax oğlum məni bununla öldürdülər. Bunu eşitdikdən sonra bu kitaba qarşı qəribə bir şey hiss etdim.
Yarımçıq əlyazma
Yarımçıq əlyazmaKamal Abdulla · 201287 okunma
·
22 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.