Gönderi

5/10
·490 syf.··
2024 1. kitabı
·
81 günde okudu
·
Okunma: 07 Şubat 2024 00:34
Axır ki, mən də oxudum. Məşhur klassikanı. Oxuyanların böyük əksəriytətinin bəyəndiyi o Jack London əsərini. Ama nəsə alınmadı. Nəsə bəyənə bilmədim heç cürə. Bilmirəm bəlkə də yanlış zamanda oxumuşam. Başları sıxıcı gəlirdi. Yarıdan sonra daha maraqlı gəldi. Martinin yolu təbii ki, məndə də müəyyən təəssüratlar buraxdı. Ama hamıda olan güclü təəssüratlar yox. Sonun təsirli idi. Martinin necə dəyişməyi çox yaxşı təsvir olunmuşdu. Yaşadığı hisslər və düşüncələri çox yaxşı keçirilmişdi oxucuya. Yəni Martinin ruh halını çox yaxşı anlamaq, xəyalında canlandırmaq olurdu. Ama gələcəkdə yenidən oxumaq istərəm. Bəlkə fikrim dəyişə. Həqiqətən də doğru zamanda oxumadığımı düşünürəm. Gözləntilərim çox böyük idi. Qoy bu da belə olsun. 2024ün bitirdiyim ilk kitabı.
2024 Okuma Raporları
Martin İdenJack London · TEAS Press · 0134,8bin okunma
·
92 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.