Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

96 syf.
10/10 puan verdi
·
Beğendi
Dəxi nə deyim, ay qardaş?
Düşünməyi bacaran insan cahillikdən yaxa qurtarmış insandır. Ali təhsili var ya da yox, kitab oxuyur ya oxumur, araşdırır ya araşdırmır-fərq etməz. Düşünməyi bacarmaq riyaziyyatda vurma cədvəlini bilmək kimidir; səni çox məsələlərlə, misallarla tanışdırır, həmişə önplanda görünməsə də, həmişə önplanda durur. Hansısa bir məsələnin həllindəki hesab səhvlərini görmək üçün həmin məsələnin həll yolunu, dərinliyini bilmək gərəkmir. Cavab səhvdirsə yekunda "FALSE". Eynilə bu kitabda da qabağa çıxarılan din və onun gətirdiyi fəsadlar. Ola bilər ki, bir kəs Allahın qüdrətindən xəbərsizdir, ola bilər ki, o ümumiyyətlə, Allahın etdiklərindən və edə biləcəklərindən xəbərsizdir. Amma əgər düşünə bilirsə.. "Ölü insanları dirildən adam", xalqın gözündə ilahiləşmiş və Tanrının da seçilmişləri siyahısında olan o kəs. Buna inanan yüzlərlə insan.. (Kitabı oxumayan insanların olduğunu nəzərə alıb ümumi bir yanaşma edəcəyəm ki, hər kəsə aydın olsun). Əhvalat avam kütlə, avam kütləyə qarşı gələn, bir qədər ağıllı, kefli olan İskəndər və ölüləri diriltmə bəhanəsi ilə əhalinin pulunu və qızlarını alan Şeyx Nəsrullah arasında baş verir. Cəlil Məmmədquluzadənin təxmin edə biləcəyiniz kimi əsas vurğulamaq istədiyi insanların bu qədər bisavad və avam olmasıdır. Əsərdə qızlara olan yanaşmanı günlərlə tənqid edə bilərəm(həmin dövrdəki insanların düşüncələrini). Amma bu mövzuda heç danışmaq istəmirəm (yaşadıqlarımı yazmaq məni usandırır.) Gəlin bir az da səbrli olun yazdıqlarımı oxuyun və yazarın "Ölülər" deyəndə kimi nəzərdə tutduğunu bir az da dərindən düşünək. Quran'i Kərim, Əl-Bəqərə surəsindən 260-cı ayəyə baxaq: «(Ya Rəsulum!) Xatırla ki, İbrahim: "Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!-dedikdə(Allah): "Məgər(ölüləri diriltməyimə) inanmırsan?-buyurmuşdu.(İbrahim): "Bəli, inanıram, lakin ürəyim xatircəm(arxayın) olmaq üçün (soruşdum)",-deyə cavab vermişdi. (Bu zaman Allah ona) buyurmuşdu: "Dörd cür(cins) quş götürüb(səhv salmamaq üçün) onlara diqqətlə bax, (onları parçalayaraq bir-birinə qatandan) sonra hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!."» Necə də bənzəyir, hə? Siz savadlılar Ölülər'i oxuduqdan sonra onları tənqid edirsiniz, amma sizin ondan nə fərqiniz var? Siz də buna-bu ayəyə (bunun kimi çoxusuna) inanırsınız. Nədir fərq? Orada da ölü dirildi, burada da ölü dirildi. (Hah, gülürəm). İndi mənə nə deyirsiniz (siz müsəlmanlar)?Olmaya, Hacı Həsən kimi mənə: "Allah sənə lənət eləsin! Budur, bu da bizim oxumuşlarımız! Yəqin ki, genə keflidir. Yəni heç kefli də olmasa, belə şeylərə inanmaz. Heç bir şeyə inanan deyil; nə Allahı tanıyır, nə də peyğəmbəri tanıyır.." Hə, kefliyəm. Mən elə həmişə"kefli İskəndər" olmuşam, olacağam da. Mən kiminsə dininə, inancına və ya Allah'ına söz demirəm. Sadəcə, çatdırmaq istədiyim budur ki, o dövrdə Cəlil Məmmədquluzadəyə əbəs yerə ateist demirdilər, əbəs yerə ona kafir demirdilər, əbəs yerə onun əsərlərini yox etmək istəmirdilər.. Çünki bir müsəlman sorğulayan müsəlman olanda niyəsə Allahsız olur. Bu kitabı istisnasız bütün Azərbaycanlılar oxumalıdır. Əlbəttə, kefli İskəndərlər anlayacaq da, müsəlmanlarımız nə anlayacaq bilmirəm. Cəlilin dediyi kimi "Ölülər rahat idi. Əsl dirilməli olanlar "yaşayanlar" idi." Amma düşünək , bəlkə, elə biz Ölülərə ölü deyən ölülərdənik...Sadəcə uzun bir dilimiz, oxumadığımız elmimiz, bilmədiyimiz dinimiz var. "Allahın hikmətinə əl aparmaq olmaz.." Atam hərdən içəndə ölülərə can sağlığı, dirilərə rəhmət oxuyurdu. İndi içməmişəm amma eynisini edirəm. Oxuduğunuz üçün təşəkkürlər! İstədiyim kimi bir təhlil yaza bilmədim, çünki toxunacağım mövzu çoxdur, həmin mövzular ki mənə əsəb verirlər. Ona görə bu qədər kifayətdir. Bir qədər kefliyəm, bir qədər İskəndərəm, bir qədər cahiləm, bir qədər kafirəm. “Xa-xa-xa-xa.."
Ölülər
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 0749 okunma
··
4 artı 1'leme
·
107 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.