Gönderi

448 syf.
·
Puan vermedi
·
8 günde okudu
Hər kitab gözəl sonluqla bitməzmiş. Çərpələng uçuran da bunlardan biridir. Sevgisiz böyüdüldüyünü zənn edən bir uşaq. Və ona sadiq olan bir dostu. Və illərcə yalan üzərində yaşanmış həyat. Müharibənin parçaladığı uşaqlıq illəri,onlardan alınmış arzular,istəklər və ailə. Ailəni xatırlaya bilməmək. Bunun qədər acı bir gerçək ola bilər mi,bir körpə üçün. Demişdi yorulduğunu. Ya 38 yaşına qədər bir qardaşı olduğunu bilməmək. Və illərcə vicdan əzabı ilə yaşamağa nə deməli? Yarım qalmış,arzular,parçalanmış həyatlar,anasız atasız böyüyən uşaqlıq illəri və itirilmiş isti gülümsəmə. Ya gözlərdə olan işığın itməsi? Bəs hafifçe dodağın qaçması ilə yaranan ümid? Ümid. Həqiqətən hər şeymiş. Amma bir detal var. Müharibələr,yalanlar,böyüklərin səhvləri məhv olmuş uşaqlıq illərinin ən böyük səbəbkarıdır. Lütfən sevin uşaqlarınızı. Onlardan o sevgini əsirgəməyin, onlara sarılın, öpün. Onlara inandığınızı deyin. Onların çünki buna çox ehtiyacı var. Çox.
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011166,1bin okunma
·
26 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.