Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

304 syf.
10/10 puan verdi
·
Beğendi
·
26 saatte okudu
"Sənin fantaziyaların səni ölümdən xilas edib" Leyla adının mənası "gecə", "zərif və incə zanbaq" deməkdir. Amma adının mənasına uyğun həyat yaşaya bilməyən Leyla... Müharibə Leylanın bütün zərifliyini, ailə sevgisini, gəncliyini bir göz qırpımında məhv etdi, sanki birdən birə böyüdü o balaca qız... 1992-1995-ci illərdə davam edən müharibə Serblər və Bosniya müsəlmanları arasında gedirdi. Əslində hər ailə bilirdi ki, müharibə onlardan yan keçməyəcək, amma Leyla birdən-birə hər şeyini arxada buraxıb yeni həyata nə zaman və necə atıldığını başa düşmədi. Müharibənin gedişatında bu kiçik Bosniyalı qız çox işgəncələrə məruz qaldı. Kitabı oxuduqca Xocalı faciəsi'ni xatırladım. Düşmənlərin yerli əhaliyə qarşı zorakılıqları, qadınları əsir alması və s... Leyla'nın bu qədər ağrı-acıya dözməsi əsl möcüzə idi. Təəssüf ki kitabda qeyd olunan hadisələr real idi. O qədər şeyə rəğmən Leyla necə sağ qala bildi? axı burda Leylanın günahı nə idi?... Sadəcə bir şey deyə bilərəm. Leyla'm an bunlara layiq deyildin. Məndə silinməz izlər buraxdın... ~Qeyd edim ki, kitab yetkinlik yaşına çatmamış şəxslərə, həmçinin ürəyi zəif olanlara məsləhət görülmür.
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177,4bin okunma
·
24 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.