Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

264 syf.
5/10 puan verdi
İncələmə
Məkrli manevrlərlə insanları məngənəyə salan həmin kitab... Prinsipi olaraq, kitab tamamilə fərqli baxış irəli sürür. Hakimiyyətdə qalmaq üçün "Düzgünlük ən böyük siyasətdir." şüarını inkar edərək sarkazmla, hər vəchlə öz yerini möhkəmlətməyi, fərqli aspektlərə toxunaraq "şikar"ı daha yaxından tanımağı və atılacaq hər addımda düşünülmüş şəkildə reaksiya verməyi təbliğ edir. Emosiyaları idarə edərək arxa planda saxlamağı və hakimiyyət vəziyyətində mümkün ola biləcək qədər hissləri səssizə alaraq yalnız rasional qərarlar qəbul etməyi belə izah edir: "Emosiyaların məngənəsində olan adamların boşluqlarını doldurmaq bacarığı- hakimiyyətin qüdrətli mənbəyidir, üstəlik də tükənməzdir, ondan sonsuza qədər uzun müddət istifadə etmək olar." Nəticə etibarı R.Greene instinktiv insan psixologiyasının idarə etmə bacarığını şəffaf olmayan və eyni zamanda hiylə ilə öhdəsindən gəlmə məharətini oxuculara daha dərindən izah edir...
Hakimiyyətin 48 Qanunu
Hakimiyyətin 48 QanunuRobert Greene · Qanun Yayınları · 02,091 okunma
·
23 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.