Gönderi

Məzarlıqda bitən yovşan
Çox qəribədir... Gördüyüm bütün kənd məzarlıqlarında yovşan bitir. Və bütün məzarlıqlardan yovşan qoxusu gəlir. Yovşan ətri hər yerdə hüzn, kədər və ayrılıq əlamətidir. Ətrin öldürdü məni, Bağrım oldu yenə şan-şan. Gördüm ki, boş bir məzara, Yenə məndən danışırsan, Məzarlıqda bitən yovşan. Əlim qoynumda gəlmişəm, Əfv et, hönkürüb ağlasam; Öz qəbrim üstə qoyacam, Sənnən bir dəstə bağlasam, Məzarlıqda bitən yovşan. Sən arxasız, mən kimsəsiz, Sənnən axır göz yaşlarım; Burda daşlar daş deyil ki, Bacılarım, qardaşlarım, Məzarlıqda bitən yovşan. Bu son bahar da ölmədim, Ölmədim, yaz, yaz günaha. Mən öz tabutundan tutub, Dönən bir ölüyəm daha Məzarlıqda bitən yovşan. Məni dərd deyil, adamlar, Adamlar öldürdü; Sən, sən... Baş daşıma qoyulacaq Çiçəklərdən də gözəlsən, Məzarlıqda bitən yovşan. Vədə tamamdı, dönəcəm, Gəlim qarışım tüstünə. Gələcəm dua oxuyaq, Ölən bir şairin üstünə, Məzarlıqda bitən yovşan. Ətrin öldürdü məni, Bağrım oldu yenə şan-şan. Gördüm ki, boş bir məzara, Yenə məndən danışırsan, Məzarlıqda bitən yovşan.
Rüstəm Behrudi
Rüstəm Behrudi
·
20 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.