Rüstəm Behrudi

Rüstəm BehrudiSelam Darağacı author
Author
8.0/10
5 People
35
Reads
10
Likes
1,318
Views

About

Rüstəm Behrudi 1957-ci il sentyabrın 14-də Ordubad rayonunun Behrud kəndində anadan olmuşdur. O, 1964-cü ildə səkkizillik məktəbi bitirdikdən sonra orta təhsilini C.Cabbarlı adına Biləv kənd orta məktəbində almışdır. 1974-1975-ci illərdə Behruddakı kolxozda işləmiş, elə həmin il Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-ədəbiyyat fakültəsinə qəbul olmuşdur. 1979-cu ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Rüstəm Behrudi 1979-1984-cü illərdə Ordubad rayonundakı Unus kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlamışdır. Kələki və Unus kəndlərində işlədikdən sonra Ordubadda muzeydə çalışmışdır. Rüstəm Behrudi 1984-cü ildə Bakıya gəlmiş, 1986-1990-cı illərdə "Yazıçı" bədii ədəbiyyat nəşriyyatında fəhlə, korrektor, kiçik redaktor, poeziya redaksiyasının redaktoru vəzifələrində çalışmışdır. Həmçinin şair bir müddət Sabir Rüstəmxanlının rəhbərliyi ilə nəşr edilən "Azərbaycan" qəzetində fəaliyyət göstərmişdir. Yaradıcılığı Bütün ömrünü ədəbiyyata həsr eləmiş Rüstəm Behrudi ədəbi fəaliyyətə 70-ci illərdə başlayıb. O, ilk şeirini orta məktəbdə yazıb. Behrudinin şeirləri "Azərbaycan", "Araz" almanaxlarında mütəmadi olaraq çap olunub. Şair dövri mətbuatda şeir və publisistik yazıları ilə fəal çıxış edir. Rüstəm Behrudi yaradıcılığında türkçülük və dərviş fəlsəfəsi üstünlük verir. Şair "Yaddaşlara yazın", "Salam, dar ağacı", "Şaman duası", "Yer üzü görüş yeridi", "İblis mələkdən gözəldi", "Tənhalıqda ölüm qorxusu yoxdu", "Din sevdim din üstünə", "Bir dəli ayrılıq kimi" və sair şeir kitablarının, "Göz yaşlarından baxan Allah" adlı fəlsəfi-publisistik kitabının müəllifidir. Onun "Şaman duası" kitabı türkdilli dövlətlərdə dillər əzbəridir, kitabdan seçmələr Türkiyədə, İranda, Avstriyada, Almaniyada, Belçikada və s. ölkələrdə nəşr olunub. 1989-cu ildə yazılmış "Salam, dar ağacı" şeiri müstəqillik ərəfəsi Azərbaycan vətəndaşlıq poeziyasının proloqu kimi qiymətləndirilir. Yaradıcılığından seçmələr polyak, fransız, rus və çex dillərinə tərcümə edilib. C.Məmmədquluzadəyə həsr elədiyi "Daha gülə-gülə ağlamaq olmur", həbsxana gündəliyindən ibarət "Nəfəs almağı unudan adam" poemaları ədəbiyyatımızın ən gözəl poetik nümunələrindən hesab olunur. "Ölüm, xoş gəldin", "33 yaşımda, yaxud anamın adı Zəhra", "Vətən"(1985), "Söz necə mənə oxşayır", "Gör necə mənə oxşayır", "Ata dili", "Hər şey ayrılıqdan başladı"(1984) və s. şeirlərin müəllifidir. Rüstəm Behrudinin "Ruhumuzun sərhədləri", "Mən də bir vaxt adam idim", "Paylaşılan yalnızlıq-yalnızlıq deyil" publisistika silsilələri təsirli və mənalı esselərdir. "Səs-tənhalığın rəsmidi" adlı essesində Alim Qasımov haqqında düşüncələri öz əksini tapmışdır. Vaqif Cəbrayılzadədən bəhs edən "Vaqif, sənə deyiləsi sözlərimə yağış yağır" essesi məzmunlu bir poetik-publisistika nümunəsidir. "Son bahardan oğluma məktublar" silsiləsindəki esselər ictimai-məzmunu, mahiyyəti etibarilə Rüstəm Behrudinin yaradıcılığının əsas tezislərini səsləndirir.
Full name:
Behrudi Rüstəm Hidayət oğlu
Title:
Şair
Birth:
Behrud, Azərbaycan, 14 September 1957

Readers

10 readers liked.
35 readers read.
14 readers will read.
1 readers left half.
Reklam

Quotes

See All
Ramiz Rövşən
Böyüyüb bu körpə ilan balası, gah o başa, gah bu başa sürünür. Sevinir udduğu havaya, suya, Torpağa sevinir,daşa sevinir. Bir sevgi həvəsi dolur canına, Gecələr gözünün itir yuxusu. Çiçəyin qoxusu,
Sayfa 37 - Xan nəşriyyatıKitabı okudu
Vaqif Səmədoğlu
Sol əlimlə sağ əlimin Arasında duman, dağ, Hansı əlim qürbətdədir? Hansı ölü, hansı sağ? Sol əlimlə sağ əlimin Arasıyla çay axır Hansı əlim batır suda? Hansı sahildən baxır? Sol əlimlə sağ əlimin Arasında yağar qar Hansı əlim istidədir? Hansı çöllərdə donar? Sol əlimlə sağ əlimin Arasında qapı var, Hansı əlim döyər onu? Hansı görəsən açar?
Sayfa 13 - XanKitabı okudu
Reklam
Vaqif Səmədoğlu
Nağıl böyüyə bilmədi Bizimlə çiyin-çiyinə. Viran qalan uşaqlıqdan Bayquş səsi gəldi yenə...
Sayfa 18 - Xan nəşriyyatıKitabı okudu
Ramiz Rövşən
...Balalara tanrı qıymaz!.. Yox, batsaq da günaha,- Qaranlıqda yanır hələ balaların gözləri çıraq-çıraq. Tanrı bizi görmür daha, Ümid yoxdu Allaha,- qaranlıqdan bizi ancaq balalar çıxardacaq...
Sayfa 32 - Xan nəşriyyatıKitabı okudu
Qəbul et, növbəti qurbanın mənəm, Mənim canım səndə, bil, canın mənəm. Elə qürrələnmə, hər yanın mənəm, Salam, Dar ağacı! Əleyküm-salam.

Updates

See All
Məzarlıqda bitən yovşan
Çox qəribədir... Gördüyüm bütün kənd məzarlıqlarında yovşan bitir. Və bütün məzarlıqlardan yovşan qoxusu gəlir. Yovşan ətri hər yerdə hüzn, kədər və ayrılıq əlamətidir. Ətrin öldürdü məni, Bağrım oldu yenə şan-şan. Gördüm ki, boş bir məzara, Yenə məndən danışırsan, Məzarlıqda bitən yovşan. Əlim qoynumda gəlmişəm, Əfv et, hönkürüb ağlasam; Öz
Hezer'i, Baykal'ı, Aral'ı gördüm, Gördüm can üstedir, yaralı gördüm. Tanrı'nı bendeden aralı gördüm, Selam, darağacı... Aleyküm selam!
Rüstəm Behrudi
Rüstəm Behrudi
Reklam
Geciken sevdalar göz yaşı, ahdı, Her eşgin evveli, son başı adı, Biz nece görüşek, ahı, günahdı!.. Tanrı mı gönderdi, özün mü geldin? Ömrüm yolculuğa bir behanedi, Biz hardan bileydik bu istek nedi? Seni gözleyirdim, gözlemek nedi... Tanrı mı gönderdi, özün mü geldin? Ne eşg delisiyem, ne sevda gulu, Üreyim başga bir hiss ile dolu. Men nece anladım getdiyim yolu, Tanrı mı gönderdi, özün mü geldin? Vardığım bu yolun son ucu gemdir, Kederi neş'edir, sevinci gemdir. Ey zalım,çekdiyim sonuncu gemdir Tanrı mı gönderdi, özün mü geldin?
Rüstəm Behrudi
Rüstəm Behrudi

Comments and Reviews

See All
88 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 10 hours
Adından da bəlli olduğu kimi kitabda dörd şairin - Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlı Odər və Rüstəm Behrudinin şeirləri yer alır. Mənim ən çox Vaqif Səmədoğlunun və Vaqif Bayatlı Odərin şeirləri xoşuma gəldi. Kitab 88 səhifədi. Şeirlər rahat şeirlərdi. Tez vaxtda oxuyub bitirmək olur.
Dörd Şair, Qırx Dua
Dörd Şair, Qırx DuaRamiz Rövşən · Xan Nəşriyyatı · 20157 okunma
203 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 8037 days
Şaman duası
Çağdaş Türk Dünyası Edebiyatı denince Azerbaycan edebiyatından Rüstem Behrudi'yi okumadan geçemeyiz. Ruhundaki fırtınaları, okudukça sizler de yaşayacaksınız.
Selam Darağacı
Selam DarağacıRüstəm Behrudi · Araz Yayıncılık · 201513 okunma