Gönderi

Bu yerləri, bu göyləri, Yağış yuyur, gün qurudur. Bu dünyada çox şeyləri, Yağış yuyur, gün qurudur. Gözümüzün yaşını da, Bağrımızın başını da, Qəbrimizin daşını da, Yağış yuyur, gün qurudur. Gələn nədi, gedən nədi? Bələk nədi, kəfən nədi? Bu dünya öz kefindədi, Yağış yuyur, gün qurudur. ...Ulduzların tozunu da, Lap günəşin özünü də, Lap yağışın özünü də, Yağış yuyur, gün qurudur...
Ramiz Rövşən
Ramiz Rövşən
·
1 plus 1
·
320 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.