İlk manga oxuyuşum idi. Çox sevdim, mükəmməl bir şeydi. Hekayə Cross Akademisində başlayır. Akademidə həm vampirlər, həm də normal insanlar oxuyur. Vampirlər əsasən gecəcilərdir, onlar gecələr dərslərə qatılırlar, gündüzcülər isə normal insanlar olur. Lakin gecəcilərin vampirlər olduğu sirr kimi saxlanılır. Gündüzcülərdən iki tələbə bu sirri gizlətmək üçün çalışırlar. Yuki və Zero. Ancaq iş orasındadır ki, ailəsi vampirlər tərəfindən qətlə yetirilən Zero vampirlərə qarşı böyük nifrət hissi bəsləyir. Bununla yanaşı Zeronun hər kəsdən gizlətdiyi bir sirri var...