Gönderi

Atatürk qarşıtı Sabahattin Ali ?!
Puan vermedi·256 syf.··
2024 1. kitabı
·
201 günde okudu
·
Okunma: 30 Ocak 2024 00:08
Kitabı bir dəfə oxumaq istəyib, yarım saxlamışdım. Qədim Türkcə mənə çox dolaşıq və ağır gəlmişdi. Bu il qısa müddətdə oxuyub bitirə bildim. Kitabdan çox yazarın özünə vurğu etmək istəyirəm. Yazıçı kitabda gəncliyin daxili çaxnaşmalarını, hər əsən küləyin təsiri ilə sürüklənməyini, öz şəxsiyyətini tapa bilməyib, bilməyi istəməyib, daha çox başqa insanlar və hadisələr üzərində egosunu şişirməyə çalışmağını olduqca gözəl vurğulayıb. Kitabı oxuyarkən yan personajların xarakteri davranışları mənə həddindən artıq tanış gəlsə də, ağlıma gələn ehtimalı göz ardı etməyə çalışırdım. Taa ki, ig'da qarşıma çıxan S. Alinin ölüm şəkli, tutduğu mənafe haqda ətrafı məlumat olan bir postla tanış oluncaya qədər. Əslində Alinin Atatürk qarşıtı olduğunu, İçimizdəki Şeytan əsərindəki çevrimci gənclərin tənqidində Atatürk və Silahdaşlarını (bu 100% dəqiq deyil, amma elə deyilir) tənqid etdiyini hətta zamanında ölkədən qaçmaq istəyərkən gənc yaşında ona kömək edən şəxs tərəfindən başından aldığı zərbə ilə öldürüldüyünü eşidəndə, əsərə birmənalı yanaşmaqda çətinlik çəkməyə başladım. Həddindən artıq tarix və tarixi şəxsiyyətlər haqqında məlumatsız biri olsam da, Yazıçının tutumu məndə əsərə qarşı müəyyən qarışıq duyğular oyatdı. Həm xarakterlərin bu qədər dəqiq və dərin daxili təhlili məni heyran etdi, həm də Saygıdəyər Ata'ya qarşı düşmancıl münasibəti məni üzdü. Düşünürəm ki, həyatdan köç etmiş insanların arasındakı husumeti mümküncə mütaliəmizə bulaşdırmasaq daha gözəl olar. Hər şeyə rəğmən hər ikisini də çox sevirəm <3
İçimizdeki ŞeytanSabahattin Ali · Yapı Kredi Yayınları · 2019208,8bin okunma
·
21 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.