Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

54 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Yanvar ayında bitirdiyim 3cü kitab haqqında sizlərlə bölüşmək qərarına gəldim. Kitabı bitirmək üçün sizə yarım saat kifayətdir. Səhifə sayı həm az həm də çox axıcı hekayədir. Ümidli olmağın vacibliyi- Jean Giononun "Ağac əkən adam" hekayəsi Hekayə bir çobanın Alp dağının ətəklərində kimsəsiz bir yeri yenidən canlandırmağa çalışmasından bəhs edir. Giononun öz həyat kimi çobanın hekayəsi də dünya müharibələri və insanlıq tarixinin ən qanlı illərini əhatə edir. "Ağac əkən adam" bizə ətraf mühitimizdə ağac əkməyin, torpağa qayğının timsalında insanın gizli gücünü xatırladır. Sevgiylə həyata keçirilən hər iş içimizdə sonsuz ümid oyandırır. Giono "Ağac əkən adam"ı yazdığında ən dəyərli işini həyata keçirdiyinə inanırdı. İnsanlar divarların içində uzun müddət qalır, zamanını maşınlarda, ofislərdə və ya binalarda sərf edir və azad olmağı unudurlar. "Ağac əkən adam" həyatda ümidin ardınca qaçmaq gərəkdiyi zamanlar olduğunu xatırladır. Hekayə baş qəhrəmanın timsalında sakitcə keçmişdən və indiki zamandan yeni və daha yaxşı nəsillərin olduğu gələcəyə irəliləyir. Xoş mütaliələr hərkəsə
Ağac əkən adam
Ağac əkən adamJean Giono · İz Nəşriyyatı · 20211,958 okunma
·
28 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.