Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

İnsancıklar
Çəkinmədən saatlarla insanlar haqqında danışa bilərəm , onların düşüncələri, hadisələrə baxış bucağına görə isə necə biri olduğunu analiz edə bilərəm. Zamanla təriflərə, təltiflərə layiq gördüyüm insanlar isə sadə insanlar kimi görünməyə başlayıb gözüm də. Nə qədər dağı daşı yerindən oynatsalar da əslində insan kimi davranılmağa layiq olmadığını görmüşəm. İnsanların hələ ki , buqələmun kimi rəng (xarakter) dəyişənlərin ətrafında yaşamaq biraz çətin gəlir. Çünki bir dedikləri digəri ilə əsla üst-üstə düşmür. Bu yaxınlarda biri ilə söhbət zamanı dediyinə görə "insanların etdikləri ilə dedikləri üst-üstə düşürsə onlar ikiüzlüdürlər". Yəni siz "siz" olun , etdiyiniz davranışla dediyiniz söz eyni olmasın. Birinə sənə bir ömür sadiq qalacam deyin, sonra gedin xəyanət edin. Günümüz də sözü ilə əməli bir ,düz olanlara həqiqətən fərqli gözlər də baxırlar. Məncə insanın yaradılışı budur , fərqli fikirlər və fərqli əməllər. Amma çalışın elə məhz hamının axtardığı insanlar olmayın nə də onlara layiq.
·
5 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.