Gönderi

Qorxular
Dəyişikliyə məruz qalmaq istəyirəm. Müəyyən qorxular altında yaşamaqdan artıq yorulmuşam. Eyni play list, eyni mövzular əhatəsində dövrə vurmaq , eyni janrlar , və eyni səs tonları. Bəzən standartlardan çıxmaq istəyirəm. Və olduğum yerə heç qayıtmamaq keçir könlümdən. Bir musiqini dəfələrlə dinləyən biriyəm. Düşünürəm ki , dəyişsəm ona xəyanət etmiş olacam. Özümü dəyişmək isə hələ şüphə altında. Buna hələ iki il var. İndiki mən Rəşid Behbudov , Müslüm Maqomayev dinləyən iki il sonra xarici mahnılar dinləyib , daha çox inkişaf edəcək ? Yoxsa eyni burulğan da sadəcə dövrə vuracam. Sadəcə mən , "Mən" olmağı ertələmək istəyirəm. Standartlaşdırmış həyat tərzi bir müddətdən sonra sıxıcı gəlir , axı təkansız fikirlərlə və bu razılaşmamış düşüncələrlə nə zamana kimi davam edə bilərəm ki ?
·
20 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.