Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

460 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Çünki mənim əbədiyyətim Hüseynə və onun kimilərə rəğbətdədir
Bağışlayan və mehriban Allahın adı ilə.
Ben Hayattayım
Ben Hayattayım
Masume Abad
Masume Abad
Bu kitabı təsvirə nə gücüm çatır,nə də sözüm. Kitab məni başdan-ayağa məst elədi.Nə deyim,necə deyim? Haradan başlayım,necə başlayım?Kitabın hər cümləsi mənə mənəviyyat dərs keçirdi sanki.Kitabı oxuduqca kitab oxuduğumu unudurdum,elə bil bir eşq məktəbidir ki ondan dərs alırdım və kitabın sonunda mən də bu məktəbdən məzun oldum.(Bəlkə) Ürəyimlə ağlım hələ də heyrətdədir.Bu necə böyük ruhdur,necə böyük imandır, eşqdir,mənəviyyatdır... Bilmirəm Allahın əzəmətinə heyran olum,yoxsa yaratdığı bəndələrinin mənəviyyatına,ruhuna,qeyrətinə təzim edim. Özümə də heyrət edirəm,heyrət edirəm ki,mən necə bu kitabı indiyə qədər oxumamışam.Düzdür, kitabı ömrümün əvvəl və axırında,hansısa anında oxusaydım,yenə də gecikmişlik hissi məndən əl çəkməzdi. Özümə yenə heyrət edirəm ki,necə bu kitabı başa vura bildim.Qeyrətimi, qanımı cuşa gətirən,yeri gələndə kədərdən ürəyimi parçalayan,bəzən isə dodağımda gülüş qönçəsi açdıran bu kitabı necə bitirə bildim?..Necə oldu ki,mən bu sətirləri yazmaqda özümdə güc tapıram?Necə oldu ki,sevinc,kədər,qəzəb,nifrət hisslərini dayanmadan,fasiləsiz,eyni anda yaşayıram? Sinəm sözlə doludur,istəyirəm,elə hey yazım.Bir tərəfdən də istəyirəm ki,elə hey susum.Çünki danışsam, nə danışacam,necə danışacam,nədən danışacam?Hansı ülvi hissi çatdıra biləcəm ki sizə? Bu kitabı ancaq yaşamalısınız,bəli,oxumaq yox,sadəcə və sadəcə yaşamalısınız bu kitabı.Onda ,bəlkə, ruhumuzun tutumu qədər bir şey əldə eləyə bildik bu sətirlərdən... Kitabın hər səhifəsində,hər sətrində ruhum təlatümlü dalğalar kimi hey çırpınırdı.Bəzən bu ləpələr yavaşlayır,gah da coşub-daşırdı.Düşünürəm, düşünürəm ki, 1 Adəmdən gələn insanlar necə bu qədər təzad təşkil edə, İlahi zirvə və Cəhənnəmin dibini öz mənliyində birləşdirə bilərlər... İnsan ruhunun rəzilliyi necə məni iyrəndirirdisə, həmçinin böyüklüyü məni qatbəqat məst edirdi.Kitab başdanbaşa bu iki ruhun mübarizəsini ,bəlkə, istəyərək,bəlkə də, istəməyərək elə təsvir etmişdir ki... Kitab mənə Kərbəla səhnəsini yenidən canlandırırdı.Qardaşların qeyrəti və bacıların səbri...Necə də bəllidir Hüseyn və Zeynəbin şəhadət və səbir məktəbinin tələbəsi olduqları...Mən isə sadə bir qonaq idim bu tələbələrin eşqlə hazırlanmış səhnələrinə. Seyidin də məktubunda yazdığı kimi: Çünki mənim əbədiyyətim Hüseynə və onun kimilərə rəğbətdədir...
Ben Hayattayım
Ben HayattayımMasume Abad · Kevser Yayınları · 201729 okunma
·
39 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.