Gönderi

424 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 8 days
Reslər üzərində birləşən iki insanın hekayəsi… Kitab moderin dünyamızın qarmaqarışlığı və insanın daxili aləmindəki münaqişələrdən bəhs edir. İnsan təbiəti, mənsubiyət axtarışı, keçmişlə üz-üzə gəlmək, ölüm, həyat, azadlıq kimi mövzular həqiqətən çox incə şəkildə düşünülüb və vurğulanıb Adriana,Əmin (mənim ən sevdiyim obraz oldu), Ted və Faruq bütün bu personajlar, onların həyat hekayələri, bir biriləri ilə olan münasibətlər insanı emosianal bir burulğana çəkir. Xüsusilə müharibələrdən bəhs edən hisəsində keçirmədiyim hiss qalmadı. Sözün əsl mənasında insan özünü real şəkildə orada hiss edir. O insanların çəkdiyi acıları, nifrəti elə qəlbində hiss edir. Mənə görə kitabın ən güclü tərəfi orda istifadə olunan lətifələr, münasibətlər, dialoqların dərin fəlsəfi anlayışlarla qarışdırlması idi. Əlavə olaraq yazıçının istifadə etdiyi dil sadə və çoxxx təsir edici idi: bəzən lirik bəzən kəskin və diqqət çəkən üslubdan istifadə edir Yəni bir sözləə çox gözəl bir roman idi. Dərin məzmunlu, fəlsəfi temalı əsərlər oxumağı sevənlərə şiddətlə tövsiyyə edirəm. :) Xoşş oxumalar.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,084 okunma
·
1 plus 1
·
17 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.