Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

280 syf.
9/10 puan verdi
Kitaba heyran qaldım . Uzun zamandır məni içinə bu qədər çəkən və obrazlarına, hekayəsinə aşiq edən bir kitab oxumurdum. Duyğularımı necə izah edəcəyimdən də əmin deyiləm. Kitabın hekayəsi koreya mədəniyyətinə aşina olanlar üçün olduqca tanıdıq gələcək. Kaderin kırmızı ipi, əjdahalar, ruhlar aləmi və s. kimi tanıdıq hekayələr, müxtəlif tanrılar, mifolojik obrazların və sehrin olduğu maraqlı bir dünyası var idi kitabın. Xüsusilə fantastik-tarixi k-drama izləyən biri olaraq bunlardan bəzilərini daha öncədən bilirdim. Amma bu bilinən qisimləri kitabı maraqsız deyil, əksinə daha maraqlı və səmimi etmişdi mənim gözümdə, yenidən o dünyalara enmək gözəl idi mənə görə. Amma bildiklərimdən daha çoxunu öyrəndim və fərqli hekayələr, inanclar və əfsanələrlə də tanış oldum. Kitabda insanların dünyasında yaşayan Mina adlı qəhrəmanımızın hər il bir gənc qızın Dəniz Tanrısına qurban verildiyi bir dönəmdə, qardaşını sevdiyi qızdan ayrılmasına və acı çəkməsinə dözə bilməyən və həmin Cheong adlı qızın da ölümə getməyə istəkli olmadığını görən kimi özünü dənizə ataraq könüllü şəkildə qurban olması ilə əsas hekayəmiz başlayır. Bundan sonra Tayflar aləminə düşən Mina öz xalqını və sevdiklərini qurtarmaq, bu lənətə son qoymaq üçün əlindən gələni etməyə çalışır. Lakin bu heyakə bildiyindən daha başqa yerlərə gedib çıxır. Mina'nı çox sevdim və onun düşüncə və duyğularına özümü çox yaxın hiss etdim. Qorxularına rəğmən güclü qalmağa çalışan, sevdikləri uğrunda hər şeyi etməyə hazır olan, yaşına rəğmən ağıllı (ki bu yerdə qızın 16 yaşda olduğu gerçəyini göz ardı etməyə çalışıram ) və ürəyi açıq bir insandır. Qarşısına çıxan bütün əngəllərə rəğmən sona qədər vaz keçməməsi, nənəsinin ona danışdığı hekayə və əfsanələri bu qədər gözəl anlaması və xatırlaması, hər kəsin köməyinə qaçan biri olması onu daha da seviləsi edirdi. Mina'nın getdiyi yolda onun qarşısına çıxan Shin, Kirin, Namgi, Maske, Dai və Miki də sevdiyim obrazlardan oldular. Hər biri özünəməxsus və unudulmaz xarakterlər idi. Hələ Shin, sən necə möhtəşəm detaysan. Shin obrazı və ümumiyyətlə Mina ilə arasındakı münasibətlər mənə çox sevdiyim "Kamimasa kiss" animesini xatırlatdı. Xüsusilə Shin'i oradakı tülkü obrazına xarakter və görüntü cəhətdən çox bənzədirəm niyəsə. Onun cəsur, qorumacı və sədaqətli olması, görüşünün altında yatan duyğusal və həssas qəlbini çox sevdim. Daha kitabda onu gördüyüm səhifədən mənim üçün önəmli bir obraza çevrildi. Kitabda adını çəkdiyim digər obrazlardan da bəhs etmək istəyirəm, amma spoiler olacağından qorxuram. Çünki kitabda bir çox plot twistlər var və xüsusilə sonlara doğru çox şok olduğum bir şey olmuşdu və buna görə də obrazların hekayədəki yerlərindən sona qədər tam əmin ola bilməyəcəksiz, sadəcə bunu deyə bilərəm. Obrazları yavaş-yavaş tanımaq və hər dəfəsində onlar haqqında daha çox şey öyrənib təəccüblənmək, üstəlik hekayədəki gizəmlərin də yavaş-yavaş açılması, heç bitməyən bir temposunun olması o qədər gözəl idi ki... Kitabın ilk 90 səhifəsini yavaş-yavaş oxuduqdan sonra qalan səhifələri acgözlüklə bitirdim və gecə boyunca kitabı bitirmədən başında qalxa bilmədim. Ciddi anlamda sonda nə olacaq deyə içim-içimi yeyirdi, duyğudan duyğuya girirdim və az qala çıldırırdım bəzi səhnələrdə. Yeri gəlmişkən kitabda altını xəttlədiyim qədər cümlə oldu ki. İstər obrazlar arasındakı dialoqlar, istər mifolojik hekayə və əfsanələrdən bəhs edilən qisimlər, istərsə də hekayənin insanı düşündürən və öz həyatını, inanc və düşüncələrini sorğuladan cümlələri olsun hamısını sevdim. Sırf hekayənin sehrini pozmasın deyə bunları da çox açmaq istəmirəm. Qısası, çox şiddətlə tövsiyə edirəm kitabı. Etiraf edim ki bir yerdən sonra bəzi qisimləri təxmin edilə bilər, lakin gözlədiyinizdən fərqli olan və sizi təəccübləndirəcək qisimləri daha çoxdur və ümumiyyətlə duyğusal olaraq da hekayənin sizdə təsiri çox olacaq. Tez-tez səbəbini anlamadığım şəkildə duyğulanırdım çünki. Kitabın tək qüsuru mənə görə, daha uzun və daha ətraflı olmaması oldu. Bu dünyanı daha çox oxuyub, haqqında daha çox şey bilmək istərdim və bəzi obrazların səhnələrini daha çox görmək istərdim. Amma olsun, bu halı ilə də gözəl idi. Ah bir də ən böyük diləyim, bu kitaba tezliklə bir k-drama çəkilməsidir. Çox ehtiyacım var buna P.s. kitabı tövsiyə edənlər Sprited away və Moon lovers havasını verdiyini qeyd etmişdilər. Mənə görə ikisindən də çox az bir bənzərlik daşısa da hekayəsi və obrazları tamam fərqli idi. "Efsane der ki; Kaderin kırmızı ipi bir insanı kaderine bağlar. Hatta bazıları, onun kalbini en çok arzuladığı insana bağlandığına da inanır." "İnsanlar kararsız, vahşi yaratıklar. Kendi ölümlerinden korktukları için savaşa giriyor, büyümesi yıllar alan şeyleri saniyeler içinde yok ediyorlar." "Sarhoş muyum ben?" "Ben hiç anlayamıyorum. Dünya sarhoşken de aynı ayıkken gördüğüm gibi." "O zaman neden beni bırakıp gitti?" "Çünkü senin de onu gitmesine izin verecek kadar sevdiğini biliyor." "Sen duyamıyorsun diye o sözler söylenmemiş sayılmaz."
Denizin Altına Düşen Kız
Denizin Altına Düşen KızAxie Oh · Yabancı Yayınları · 2023205 okunma
·
48 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.