Gönderi

8/10
·426 syf.··
2024 3. kitabı
Olduqca axıcı, əyləncəli və həm duyğusal bir hekayəsi var idi. Bəzi qüsurları olmasına rəğmən sevdiyim bir kitab oldu. Bu mövzuda kitablar çox oxumamış olsam da, filmlərdə, seriallarda gördüyüm bir hekayə idi. Yəni bir məşhura, film aktyoruna aşiq olan qızın nə qədər şanslı olub, hisslərinə qarşılıq gördüyü hekayələrdən bəhs edirəm. Amma bu hekayənin işləyişini daha çox sevdim. Aktyorların həyatının müsbət və mənfi yönlərini, ətraflarında bu qədər çox insan olmasına rəğmən əslində yalnızlıq çəkdiklərini və güvənə biləcəkləri çox insanın olmamasını, bütün həyatlarının gözlər önündə olması və atdıqları hər addımın izlənməsi kimi detalları yazar yaxşı çatdırırdı. Digər tərəfdə baş obrazları sevməmək də əldə deyil. Olive'in yazar olması, kitablara və yaratdığı qəhrəmanlara aşiq olması və əsərlərini yazarkən obrazların yaşadıqlarına üzülüb, sevinməsini oxumaq olduqca zövq verdi mənə. Dost və sevgili kimi çox ideal və sadiq bir insan olması, həssas bir qəlbə sahib olması və həyatın içindəki gözəllikləri görməyi bacarması, sevgi dolu duruşunu çox sevdim. Jason ilk başda məni qıcıq etmişdi, çapkın və heç nəyi önəmsəməyən bir insan olduğunu düşünürdüm, lakin kitab irəlilədikcə onun gəncliyindən bu yana başına gələnləri və sevgisiz həyatını oxuyuruq və onun Olive qarşısındakı duruşu, ona qarşı davranışları təqdirə layiq idi. Onu gördüyü ilk andan bəri əsla yalnız buraxmaması, ona başından bəri dəyər verməsi və duyğularını önəmsəməsi, ona qarşı əsla yanlış bir davranışa yol açmaması çox gözəl idi. Amma bir tərəfdən bunlar onun sadəcə bir kitab qəhrəmanı olduğunu özümə xatırlatmaq məcburiyyətində qalmağıma səbəb olurdu Yazarın duyğuları çatdırması da xoşuma gəlirdi, bəzi yerlərdə gözüm dolur, bəzi yerlərdə qəh-qəhə ataraq gülməyimə səbəb olurdu. Kitabda ümumiyyətlə hekayədəki bəzi klişelərin olması, Jason'un Olive təkrar onun qarşısına çıxana qədər gördüyüm davranışları və sonda bəzi obrazların etdikləri şeylər məni çox əsəbləşdirdi. Bunları çıxsaq kitabdakı qalan hər şeyi çox sevdim. Baş obrazların uyumu və kimyaları da möhtəşəm idi. Kitabın sonu da gözəl və anlamlı bitdi. Qısası oxuduğum yaxşı romantik əsərlərdən biri oldu bu. Kitabın sonu ikinci kitabda olacaqlara işarə edərək bitdi, çünki kitab boyu görüb kaş mənim də belə dəlisov dostum olardı deyəcəyiniz sevimli və çılğın Lucy'nin hekayəsini oxuyacağıq ikinci kitabda. O kitabı da keçən ay aldım və ilk fürstədə oxuyacam. İlk kitab qədər sevərəmmi bilmirəm, amma əylənəcəyimə əminəm "Sanırım korkuyorum. Ona o kadar yakınken daha çok aşık olmaya korkuyorum. Çocukken kalbimi bir kez kırdı ve bunun farkında bile değildi. Bu kez beni perişan eder. Üzerine atlayıp ona sıkıca tutunmaya bu kadar yaklaştım. “Onun o güzel kalbine sahip olmak istediğim kadar, gizli gülümsemelerine de sahip olmak istiyordum. Var oluşlarının sebebi olmak istiyordum.” Her hareketinizi didikleyen insanlar.. Bir süre sonra boynunuzda hayatınızdaki herkesin sıktığı bir ilmek varmış gibi geliyordu.
To Love Jason ThornElla Maise · Createspace Independent Publishing Platform · 20211,434 okunma
·
18 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.