Daha əvvəl oxuduğum Debbie Macomber'in bir çox qış mövzulu romanları ilə müqayisədə daha çox bəyəndiyim bir kitab oldu.
Baş qəhrəmanımızın bir yanlışlıq nəticəsində Amazona səyahətə gəlməsi və ilk başda bu səyahətə qarşı istəksiz olsa da, zaman keçdikcə və kəşfə çıxdıqca həm özünə, həm yaşadığı dünyaya və həyata dair bir şeylər öyrənməsi, xüsusən bu səyahət boyunca özünü kəşf etməyə imkan tapması kimi detalları sevdim. Hətta Everly'ni biraz özümə də yaxın gördüm, çünki işinə özünü çox adamış və işi üzündən şəxsi həyatına zaman ayıra bilməyən, özünə həddindən artıq yüklənən və bilmədən həyatın axınına qapılıb getmiş biri olduğunu gördüm. Bu baxımdan mövzu mənə maraqlı gəldi.
Digər tərəfdə isə sabit bir yerdə durmağı sevməyən, macəracı ruhda bir adam olan Asher var. Lakin Asher mənə çox da üzərində işlənmiş bir obraz kimi gəlmədi və niyəsə onu bəsit biri kimi gördüm. Daha doğrusu klişe bir obraz idi əslində, sadəcə bunun altının daha yaxşı doldurulmalı olduğunu düşünürəm. İkili arasındakı uyumu da hiss edə bilmədim. Amma kitab boyunca Asher'in təbiətə duyduğu maraq və sevgini, bildiyi məlumatları bölüşərkən həyəcanını bölüşmək xoşuma gəldi, bu sıralarda öyrəndiyim məlumatlar da olduqca maraqlı gəldi mənə.
Kitabda əyləncəli səhnələr də az deyildi və həqiqətən çox güldüyüm yerlər var idi, xüsusən də Everly'nin başına gələnlər... sanki bütün bəlalar onu tapırmış kimi görünürdü. Obrazı bu baxımdan da özümə çox bənzətdim. Lakin kitabın sonu biraz hüsrana uğratdı məni. Çox bəsit və birdən-birə gəlinmiş bir son idi məncə. Bu tərz kitablarda işlənən obrazların bir müddət düşünüb birdən hop deyə hansısa anda nə istədiklərini bilmələri, bəzi şeyləri fərq etmək üçün də başqalarının fikirlərinə ehtiyac duyduğu anları oxumaq məni qıcıq edir. Gerçək həyatda işlər belə asan və bəsit olmur çünki.
Qısası, tam qışda oxunmalıq və içinizi isidib, sizi əyləndirəcək, sizi fərqli bir aləmə götürəcək hekayə oxumaq istəsəniz, tövsiyə edə bilərəm
"Hiçbir zaman kalabalığa düşkün olmadım. Sessizlik seviyorum. Çoğu kişi varış noktasına ulaşmaya o kadar kararlı ki hayatın en güzel yanlarını kaçırıyor."
"Yakışıklılıktan bahsettiğimi biliyorum, ama aslında bu bir nitelik değil, çünkü güzellik tenle sınırlı. Yüzeysel. Önemli olan insanın kalbi. Değerleri ve öncelikleri. Benim mükemmel kahramanım kendini tanıyan, dünyayı ve çevreyi önemseyen, aileye bağlı, Tanrı'yı seven ve beni sevecek bir adam. İyi bir mizah anlayışına sahip olmalı ve kendiyle dalga geçebilmeli."
"Hayatta kalacağım. Bu ilk hayal kırıklığım değil ve son da olmayacak."