Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

144 syf.
8/10 puan verdi
·
3 saatte okudu
İncələməni kitabı bitirən kimi yazmağı sevirəm. Təsiri itmədən, o anki hisslərlə. Amma bu kitab haqqında nəsə demək çətindir. Bambaşqa bir boşluq hiss edirəm. Əsərin ən saf, ən təmiz obrazının beləcə həzn sonu insanlığa olan inancımı sorğulatdı. Fərqində olunmayan güc və nizamsız sevgi, ikisi birlikdə fəlakətli sonu gətirdi. Sevgi hər zaman gözəl olmaya bilir, həddini aşan hər duyğu sonda əksinə çevrilməyə məhkumdur. İki obraz tamamilə əks olsa da, ikisi də eyni dərəcədə bədbəxt idi, məncə. Yaşamağın əziyyətsiz yolu yoxdur, bəzən ölüm ən az əziyyətli olan variantdır. Təkcə George yox, elə hamımız, ən çox sevdiklərimizi öldürmürükmü?!
Siçanlar və Adamlar
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 2016172,7bin okunma
·
50 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.