Gönderi

“ - Düzdür, mən məktəbi qurtara bilmədim. Ancaq daşdan da olsa, pul çıxarıb sənin bütün arzularını yerinə yetirəcəyəm. Sən işləməsən də olar. Niyə görə yad kişilərə iynə vurasan? Nə bilim, qan təzyiqlərini ölçəsən? - Yenə qısqanırsan? - Təranə gülüb soruşmuşdu. - Sən mənim üçün elə müqəddəs, elə qiymətli varlıqsan ki, vallah, əlinin kiməsə toxunmağına razı ola bilmirəm. Bundan ötrü məni qınama! - Deyirsən ki, arzularımı yerinə yetirəcəksən. Elə mənim arzum işləməkdi də. Məsələ təkcə pulda deyil axı. Əziyyət çəkmişəm, oxumuşam! - axırda zarafata keçmişdi: - O ki qaldı əlimin kiməsə toxunmağına, söz verirəm, ancaq əlcəklə işləyəcəyəm.”
Sayfa 110Kitabı okudu
·
28 görüntüleme
Polad okurunun profil resmi
*spoiler* Əlinin kiməsə dəyməməyi üçün əlcək taxan qız əxlaqsız çıxdı aq
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.