Eqoist gen nəzəriyyəsi, bizi biz edənlərin öz mikro aləmlərində, özlərini qoruması, sağ qalması və maksimum dərəcədə çoxalması deməkdi. Yəni insan olaraq, heç birimiz "biz onsuz da eqoistik, çünki genimiz elədi" deməyə haqqı yoxdur. Söhbət o balaca şeylərin bizi biz eləməsidi).
Kitabın yazarı Richard Dawkins haqqında fikirlərim: Görünür ki, həqiqətən də illərini təkamül nəzəriyyəsinə adamış biridi. İzahları çox içdən sübutlarla və ən sevdiyim cəhəti, müqayisələrlə edir. Oxucuya o hissi və həyəcanı ötürməyi bacarıb. Ancaq əfsus ki, kitabın başlığında dediyi yalana görə kitabın xalını kəsməli olacam.
Kitab haqqında fikirlərim: Təkamül nəzəriyyəsini, əsasən də genlərimiz izah edən, düşündürən gözəl dildə yazılıb. Yazarın yalanı dediyim isə nəzərə alacağını dediyi 3 nüansın (sıravi oxucu, mütəxəssis, tələbə) ilkini çox da gözəl nəzərə almayıb. Anlaşılmayacaq dərəcədə elmi ədəbiyyata müraciət edib (sağ olsun ChatGPT). Anlayıram, elmi kitabdır, sadə olmasını zatən gözləmirdim, ancaq sıravi oxucuları nəzərə alacam deyərək ümidləndirməsini də gözləmirdim, hər dəfə çətin nüansdan sonra dilimizə ən yaxın üslubda başa salacağını düşünürdüm.
Eqoist Gen haqqında fikirlərim: Hamımız genimizin, replikatorların məhsuluyuq. Onlar bizi milyon illər boyu var edib. Ani qərarlarımızı, kritik düşüncəmizi bə hətta indiki dövrün siyasi və iqtisadi vəziyyətini genlərimiz bizə izah edib. Buna istər təhlükədən qaçmağı aid edin, istər ən çətin riyazi və fiziki məsələri həll edərək inanılmaz çətin
problemlərimizi həll etməyimizi, istərsə adicə qonşuya qatıq verərkən düşündüyümüz ziyanı və mənfəəti.
Unutmayaq, biz Yer üzündə eqoist replikatorların (bizi nəsildən nəsilə ötürən genlərimiz) şəksiz hakimiyyətinə qarşı üsyan etməyə qadir olan yeganə məxluqlarıq.