Gönderi

Hələbə Yürüş
Sərhədlə Əzaz arasındakı tork edilmi yanacaqdoldurma məntəqəsinə qədər gəldim. Arxadan bir pikap gəldiyini görəndə sevindim. Əlimi yelləyib mașını saxlatdırdım. Saqqalı göbəyina qədər uzanmış sürücünün qırx yaşları olardı, sinəsindən üç al qum- barası asılmışdı. Tərəddüd etsəm də, geriyə yol yox idi, maşını artıq saxlamışdı. Hələbə gedib-getmədiyini soruşdum. ""Otur", -- dedi. Bir müddət danışmadan yol getdik. Əzazı keçəndə sürücü ha- ralı olduğumu, burada nə axtardığımı soruşdu. Təhlükəli olsa da, səmimiyyətlə müxbir olduğumu söylədim. Bașını buladı. Bir əliylə sükandan yapışıb o biri oliylə saqqalını sığalladı. Gülə-güla: ""Görək bizim haqqımızda nələr yazırsan?" - deyə soruşdu - Siz kimsiniz? - deyə sualına sualla cavab verdim Sərt şəkildə: "Biz İraq Şam İslam Dövlətiyik, - dedi. - Heç eşitmədinmi, yenicə elan etdik, Harada bir cihad meydanı varsa, biz oradayıq!" O an necə bir bəlaya düşdüyümü daha yaxşı dərk edərək: "IŞID barədə eşitmişəm", - dedim. - Dünyada on mühüm șey cihaddir.
Sayfa 5 - İŞİD 'ə düçar olmaq ,Kitabı okudu
·
111 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.