Gönderi

244 syf.
7/10 puan verdi
·
Liked
·
Read in 93 days
Kitab mənim oxuma zövqümə uyğun olmasa belə bəyəndim. Bəlkə də keçən il oxuyub bitirmiş olsaydım bu qədər bəyənməzdim. Amma bu il keçirdiyim göz əməliyyatı sonrasında çox narahatlıqlar keçirdim hələ də keçirirəm və bu kitab mənə ürək dirək verdi desəm yeridir. Oxuduğum kitabda da yazar 20li yaşlarında keçirdiyi ağır depressiya və bu zaman hiss etdikləri, beyninin ona oynadığı oyunlar, narahatlıqları, qorxuları və s. haqqında yazır. Və bu da insana "həə mən tək deyiləm" hissi verir. Sonda bundan qurtulmaq və ya bu duyğularla necə başa çıxmaq olar o haqda da məlumat verir yazar. Məncə səmimi yazılmış kitabdı, çünki demək olar, ancaq öz təcrübələrinə əsaslanıb yazıb. Sonda deyəcəyim odur ki, əgər mənim kimi özünüinkişaf filan kimi kitablar oxumaq ürəyinizi sıxırsa və depressiyada deyilsizsə, bu kitab sizə ekstra sıxıcı gələ bilər. Amma əgər depressifsizsə, bu kitab sizə yol yoldaşı ola bilər.
Sağ Qalmaq Üçün Səbəblər
Sağ Qalmaq Üçün SəbəblərMatt Haig · Teas Press · 20181,096 okunma
·
34 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.