Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

564 syf.
9/10 puan verdi
·
Beğendi
·
240 günde okudu
Spoiler var
Əsər başlanğıcdan bir çox bədii əsər kimi çox da axıcı başlamadı və əsərin təxmini ortalarına qədər hadisələrin çox da həyəcanlı olmayan axışı ilə bəzən yarıda buraxmaq istədim. Lakin bir nöqtədə hər şey çox sürətlə maraqlı olmağa başladı və gözümü əsərdən ayıra bilmədim. Kiçik yaşlardan ona pis davranan bacısının olmağı ilə və valideynlərini itirməsi ilə həyatda bəxti gətirməmişdi. Lakin bacısının yoldaşı olan Co və daha sonradan bacısının yaralanması ilə əsərə daxil olan Biddi kimi dostlarının olması - baxmayaraq ki gələcəkdə bir ümidinin daha yox olmasına səbəb oldu - Pipin əsər boyu ən yaxınları olur. Pip Biddinin onu sevməsinə baxmayaraq narsist biri olan Estellaya aşiq olur. Bunu əsəri uğurlu edən faktorlardan biri hesab edirəm, çünki əksər insanlar onlara dəyər verənlərdən çox onlara soyuq davrananlara aşiq olur. Xanım Hevişem isə onunla evlənəcəyini vəd edərək pulunu mənimsəyən, daha sonra isə onu tərk edən birinin qisasını almaq üçün Estellanı kişiləri cəlb edərək onlara əzab verməsi üçün yetişdirir və Piplə, necə deyərlər, oyuncaq kimi oynayır. Pip hələ böyüməmiş o gizli bir şəxs tərəfindən anidən maliyyələşdirilməyə başlayır və beləliklə gələcəyə dair böyük ümidləri ilə Londona yollanır. Var-dövlətin xanım Hevişem tərəfindən ona miras qalacağını düşünən Pip isə həyatının ən böyük səhvlərindən birini məhz edir. Əsərin ortalarından etibarən Pipə vəsait ayıran şəxsin ortaya çıxması ilə hadisələr alovlanmağa başlayır və bu sona qədər belə davam edir. Belə ki, illər boyu tanımaq istədiyi şəxsi tanımaq onu məmnun etməkdənsə ümidlərini puç edir. Oxuyarkən əsasən hüzn duyğuları keçirdiyim əsərin sonlarını bəyəndim, çünki burada həyati həqiqət əks olunur - məsum birinin duyğuları ilə oynamağın sonu cəzasız qalmır və bir insanın etdiyi pisliyə görə digərlərini cəzalandırmaq olmaz. Ayrıca Pip də ən yaxın dostunu maddi vəziyyətdən dolayı öz həyatına yaraşdırmamağa başlasa da sonda ona möhtac olur və etdiyi əmələ peşman olur. Əsər ümumi olaraq çox maraqlıdır və insanların ən böyük həyati səhvlərini əla alır. Bütün insanlara güvən hissini itirməyin pis olduğunu və yaxşı dostların dəyərini bilməyi təşviq etməsi də əsərə bir başqa gözəllik qatır. Əsərin yeganə sevmədiyim hissəsi sonluğu oldu, ona görə ki, əsər hüzn üzərində qurulub və az qala göz yaşları axırdarkən sonda Estellanın qəfildən peyda olması və Piplə yenidən gələcək vəd edən münasibətə daxil olması əsərin ümumi məzmununa yaraşan sonluq olmayıb deyə düşünürəm. İkincisi də Estellanın peşmanlığı sadəcə bir neçə cümlə ilə izah olunub və böyük xarakter dəyişikliyinin belə qisa şəkildə izah olunmasındansa Estellanın dəyişiminin özündən geniş şəkildə bəhs edilsə idi sonluq daha cazibəli və qəbulolunan olardı fikrimcə. Ümumilikdə isə oxuyarkən üzərimdə təsirini hiss etdiyim və mənə nəsə qatdığını düşündüyüm əsərlər sırasındadır.
Böyük Ümidlər
Böyük ÜmidlərCharles Dickens · Teaspress nəşriyyat evi · 014,3bin okunma
·
36 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.