Oxuduğum ən gözəl kitablardan biri oldu. Müəyyən başlıqlara ayrılmış mövzulardan bəhs edir. Bəzən qarşımıza etdiyimiz,amma səbəbinin nə olduğunu bilmədiyimiz mövzular çıxar. Bəhsi keçən mövzuların yaşanmış hadisələrlə nümunələr verilməsidə ayrı bir gözəl olub. Yazarın dilini çox sevdim, bir çox yazardan fərqli olaraq mürəkkəb cümlələr yerinə sadə şəkildə ifadə edib. Hər sətri bir qızıl kimidir. Kitab sayəsində bir çox şey öyrənərək, fərqindəlik qazana bilərsiniz. Məncə bu kitabı hər kəs oxumalıdır, əgər oxumamısınızsa şanssız olduğunuzu deyə bilərəm. Çünki nələri qaçırdığınızı bilmirsiniz! Mütləq oxuyun, əla bir kitabdır. Kitabın yarsında Beyhan Budak'ın youtube kanalına baxdım. Sizədə tövsiyyə edirəm. Artıq hər gün bir videosunu mütləq izləyirəm. Bilmirəm,amma bu yazar mənim bir çox şeyin fərqinə varmağımda kömək oldu və onu nə qədər övsəm və kitab haqqında nə desəm az qalar. Kitabı qiymətləndirəcək bir sözcük tapa bilmirəm. Daxili haqqında çox şey demək istəmirəm. Çünki özünüzün oxuyaraq kəşf etməyiniz daha yaxşı olar deyə düşünürəm.