Gönderi

256 syf.
8/10 puan verdi
·
9 günde okudu
"Artıq heç kim həqiqətlə maraqlanmır..."
Agatha Christie'dən oxuduğum 23-cü kitab olan "Masadakı kartlar"ı wow bəyənməsəm də, son 20 səhifəsini həyəcanla, nəfəs almadan, maraqla, hər şeyin nə ilə nəticələnəcəyini, kimin necə çıxacağını anlamaq istəyərək oxudum. İlk dəfə Agatha Christie'nin bir kitabında qatili tapdım. Ancaq yenə də yanıldığım məqamlar da vardı. Bəs bu məqamlar nə idi? Kitabda qatildən bol heç nə yox idi. Sadəcə bu qədər deyə bilərəm. Əlavə hər hansı bir cümlə spoiler olacaq. Mənsə spoiler olmadan oxumağınızı istəyirəm. Obrazlara gəldikdə isə Şaytana və Anna Meredisdən zəhləm getdi. Mən "pick me dangerous girl" və daim özünü üstün hesab edən insanlar oxumaqdan iyrəndiyimi anladım, ancaq təbii ki, yazıçı bunu çox gözəl hiss etdirirdi. Bir kitabda ikiləmlərə düşməyi, qatili tapdım deyib son səhifələrdə tamamilə yanıldığınızı və ya az da olsa, yanıldığınızı görmək istəyirsinizsə, bu kitabı seçə bilərsiniz. Kitabda ən bəyənmədiyim məqam durğu işarələrinə qarşı laqeydlik idi. Bir çox səhnədə obrazların duyğularını anlaya bilmirdim və bu bəzən məni əsəbiləşdirə bilirdi. Agatha Christie'dən çox daha gözəl kitablar oxumuşam. Ona görə də bu kitab mənim üçün 8/10'luq kitabdır.
Masadakı Kartlar
Masadakı KartlarAgatha Christie · 20182,505 okunma
·
1 artı 1'leme
·
34 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.