Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

"Təmiz idi Elnarə... Gördüyünü gördüyü kimi anlayırdı, eşitdiyini eşitdiyi kimi, danışdığını da danışdığı kimi. Belələri, Qasımlının fikrincə, çox az idi. Hətta həddindən artıq az idi. Adamların çoxu gördüklərinin görünməyən tərəfini eşələyirdi,eşitdiklərinə inanmayıb içindən pis bir şey axtarırdı, danışdıqlarını ölçüb-biçib, qarşısındakını aldatmaq, çaşdırmaq üçün danışırdı. Lap xəfiyyələr kimi... Polkovnik Qasımlı və onun kimi xəfiyyələr qalmışdı bir kənarda, hamı özünü xəfiyyə hesab edirdi. Hamı özünün biclik, hiyləgərlik, heç kəsə inanmamaq və hamını aldada bilmək xüsusiyyəti ilə fəxr edir, bundan həzz alırdı. – Məni heç kəs aldada bilməz! - deyirdilər belələri. – Mən dünyada heç kəsə inanmıram! - deyirdilər. – Mən hər bir adamı üzünə baxan kimi tanıyıram! - deyirdilər. – Buna bax,aləmə mən fırıldaq gəlirəm, bu da mənə! - deyirdilər. Elnarə kimilər haqqında isə: – Zamanə adamı deyil! - deyirdilər. – Avamdır, sadəlövhdür! - deyirdilər. – Fağırın biridir, heç kəslə işi yoxdur! - deyirdilər. – Mal balası maldır! - deyirdilər. Amma Qasımlının əqidəsinə görə,özündən razı olan elələri daha avam, daha kütbeyin,daha bədbəxt idilər. Çünki ətraflarında özlərinə qarşı məhəbbət qazana bilmirdilər. Öz "xəfiyyə" xarakterləri ilə onları tanıyanların nifrətini qazanırdılar. Beş adamın yanında bir qara qəpiklik qiymətləri olmurdu. Üzdə elələrindən qorxsalar da, üzünə gülsələr də arxasınca "Alçağın biridir!" deyirdilər. Nəticədə Elnarə kimiləri belələrindən daha uca, daha güclü görünürdü. Çünki belələri öz səmimilikləri, təmizlikləri, hətta "sadəlövhlükləri" ilə başqalarında özlərinə qarşı hörmət oyatmaq gücünə malik idilər. Hiyləgərlikdə özlərini xəfiyyə hesab edən çoxbilmişlərin,xain xislətli adamların yüzünü,minini qatlayıb cibinə qoymağı bacaran Qasımlı saf qəlbli Elnarənin yanında az qala uşaqlaşırdı. Hiss edirdi ki,bu gənc qadın öz təmənnasız mehribanlığı, təmiz qəlbliliyi ilə onun dəmirdən möhkəm xarakterinə təsir edib,dəyişdirmək gücünə malikdir.. "
Sayfa 280 - QasımlıKitabı okudu
·
38 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.