Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

İnşaatda çalışan bir fəhlə ay sonu məvacibini alır. İşdən çıxıb evə gedərkən qarşısını ağlayan bir qadın çıxır. - Mənə kömək edin. Qızım çox ağır xəstədir . Əgər sabaha qədər pul tapa bilməzsəm qızım öləcək. - deyir Kişi düşünmədən qazandığı pulun hamısını qadına verir. Qadın pulu alaraq dərhal uzaqlaşır. Bunu kənardan görən Taksi sürücüsü: - Mən o qadını tanıyıram, yalançıdır. Sizə kələk gəldi . Onun heç övladı da yoxdur- deyir. Bunu eşidən kişi başlayır sevinərək gülməyə . - Niyə gülürsünuz? Axı qadın sizi aldatdı. Axı o pulu siz nə əziyyətlə qazanmısınız.. Heçmi üzülmədiniz? .. deyə soruşdu. - Önəmli olan sabah öləcək bir qızın OLMAMASIDIR! - dedi adam. #yaxşıki_var_olan_insanlar❤
·
19 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.