Yazar söyləmək istəyibdə söyləyə bilmədiyim cümlələrin hər birini bir kitabda birləşdirib sanki. Hərəkətlərində hər kəsdən fərqli olduğunu düşündüyünüz, qərəzli (önyargılı) yanaşdığınız o insanların niyə elə olduğunu anlayırsız. Özümün bir sıra xüsusiyyətlərimi, haqq verdiyim cümlələri bu kitabda gördüm. Ən sevdiyim kitablar sırasında oldu. Ən çox da kitabın giriş və əsas hissələrində. Hələ Maria Puder...Xasiyyəti, söylədikləri...
● Kitabda bəzi nüanslar xoşuma gəlməsə də, (1 balı bu səbəbdən qırdım) ümumi olaraq götürdükdə, olduqca yaxşı kitabdır. Onsuz, bu kitab haqqında danışılacaq çox söz olsa da, düşüncələrimin hamısını paylaşmıram, sadəcə bir qismini...
● Kitabda sözlərə fokuslansanız yaxşı, hadisələrə fokuslansanız normal kitab olacaq.
● Raifə qəzəbləndim. Evlənib, qarşısındakı qadına haqsızlıq etdiyinə, Marianı günahlandırmaq əvəzinə ardıyca getmədiyinə və s. səbəblərdən.
~ Kaş ki, hər kəs özünə uyğun insanlarla tanışa bilsə, həyat tərzlərinin uymadığı insanlarla bir mühitdə qalmaq məcburiyyətində olmasa idi...