Gönderi

256 syf.
·
Not rated
·
Liked
Kitab İcmalı
Bu kitab bildiyim məlumatların təkrarı olacağını bilsəm də yenə də oxudum. Etik prinsiplərlə bağlı biliklərimi konkretləşdirdi. Daha sistematik yanaşa bilirəm. Tətbiqi barəsində bəzi qaranlıq məqamlar var. Qanunvericilik və sosial-mədəni fərqlərin analizi ilə bəzi qaydaların uyğunlaşdırılmasına ehtiyac olduğunu düşünürəm. Hər psixoloq və psixologiya fakültəsinin tələbəsi bu kitabı oxumalı, burada qeyd olunanlara əməl etməlidir. Daha fərqli mənbələrdən (online Türk psikoloji Derneği) də oxumaq mümkündür. Bu kitabın fərqi isə, APA (Amerika Psixoloqlar Assosiasiyası) qurulandan etik kodekslərin inkişafı və dəyişiklikləri, eyni zamanda təkcə birəbir psixoloji xidmət və psixoterapiyada deyil, araşdırma prosesi zamanı etik kodekslərin işləmə prinsiplərini əhatə edir. Bununla bərabər, yaxın olduqları Kanada Psixologiya cəmiyyətinin hazırladığı fərqli yanaşmalar da kitab da qeyd olunub. Kanada model və sistemi mənə daha effektiv gəldi.
Psikologlar İçin Temel Meslek Etiği
Psikologlar İçin Temel Meslek EtiğiThomas F. Nagy · Nobel Akedemik Yayıncılık · 202016 okunma
·
20 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.