9/10
·232 syf.··
Beğendi
·
2024 18. kitabı
·
22 saatte okudu
·
Okunma: 13 Şubat 2024 20:49
Hekayə kitablarını hər nə qədər sevsəm də çox zaman xoşuma gələn 2-3 hekayə olur. Buna baxmayaraq “Lanetli tavşan” elə bil kitabdı ki, bir nəfəsə bütün hekayələri bitirmək istəyirsiniz. Biraz daha oxumağa davam edim dayanacam deyərkən, kitabı bitirdiyimin fərqinə vardım. Çünki ayrı-ayrı hər hekayə ustalıqla işlənib. Təsvir dili, obrazlar, verilən mesajlar o qədər maraqlı və öyrədicidi ki sevərək oxumamaq əldə deyil. Hekayələrdə iqtisadi bərabərsizlik, çarəsizlik, ümidsizlik və ümid, xəyanət, doğru bilinən yanlışlar, intiqam və dahası var. Xüsusilə bəyəndiyim hekayələrə nəzər salaq : ~Lanetli tavşan hekayəsində yaxşılıq və pislik, həyatın karma olduğu və nə zamansa etdiyin bir davranışın günün birində sənə necə qayıdacağı təsvir olunub. Belə ki, illər öncə dostunun haqqına girən və ölümünə səbəb olan birisini qocalmış dostu dovşan oyuncağı ilə lənətləyir. Bu lənətlənmiş oyuncaq həmən insanın və ailəsin sonunu gətirir. ~Kafa hekayəsini oxuyarkən qadının yaşadığı qorxu hissini onunla bərabər oxucu da hiss edir. Öz-özünə bədəndəki artıqlardan insani varlığa çevrilən “kafa” - önəmsəmədiyimiz, üzərinə örtük çəkib görməzdən gəldiyimiz şeylərin bizim həyatımızı necə öz ağuşuna almasını əks etdrir. ~Kapan isə bir atanın pul üçün öz övladlarından necə vazkeçdiyini, acgözlülüyün insanı necə birinə çevirdiyini göstərir. Hekayə tülkü qanının qızıla çevrilməsi ilə başlayır, insanın tülküyə çevrilməsi ilə də bitir :D Xoş mütaliələr.
Edebiyat
Lanetli TavşanBora Chung · İthaki Yayınları · 20233,582 okunma
·
101 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.