Puan vermedi·68 syf.····Okunma: 22 Şubat 2024 06:32 Sonun da kitabı oxuyub bitirdim.Baxmayaraq ki,66 səhifəlik bir kitab idi oxuyub yarım buraxıb,yenidən oxuyub tamamlamaq qismət oldu.Kitab türkcə olduğu üçün biraz çətinlik çəkdim.Dəfələrlə oxuduğum cümləni tam anlamadığım üçün yenidən geri dönüş etdim.İçində nə ümüdlər,nə sevgilər,nə xəyallar yarım qalıb.Bir qadın,hələ kiçik yaşlarından o adını bilmədiyi adama aşiq olub,onun ona qarşı olan sevgisizliyindən ölür.İlk başlarda oxuyanda qadının ömrü boyu yalnız onu sevdiyini sandım.Beynimdə qəribə-qəribə fikirlər oluşdurdum.Yəni belə bir şey varmı həqiqətən.İmkansız bir sevgini ömrünün sonunadək gözləmək?Düzdü gözləyib amma gözləməklə bərabər əlacsızlıqdan övladı üçün,neçə-neçə adamlarla da birlikdə olub.Ancaq "Yanındakı ilə yaşar,qəlbində ki,ilə ölərsən" deyimi kim bir şeylər olub.Ağ güllərin həqiqətən də sevgiyə işarət etdiyini burdan daha da aydın anladım.Kitabı bəyəndim ancaq azəricə çevirisi olsa daha rahat və daha tez oxuyub bitirmək olar.
"Acının ruhumu param-parça etdiyi anda belə,səni Tanrı qarşısında suçlamadım.."Bu cümləni çox görmüşdüm amma bu kitaba aid olduğunu bilmirdim.Hər dəfə bu cümlə ilə rastlaşan da istər istəməz fikrə dalırdım.O qədər ağır cümlədi ki...