Gönderi

Bunu yaşamayan sevməyib :-)
Bu oğlan yuxuda nə görür belə? Nə bərk qucaqlayıb yumşaq yastığı. Yuxuda bağrına bərk-bərk basdığı o qız kimdi görəsən? İndi qucağında çabalayırmı, hay-haray salırmı indi görəsən? Bəlkə o da yatıb, ya da oyaqdı, ya çöldə, ya da ki, evdədi indi. O qız nə bilir ki, bu gecə vaxtı kimin yuxusunda "kefdədi" indi. Nə çoxdu dünyada gözəl qızların özündən xəbərsiz "cinayətləri". Gecə yuxularda gəzən qızların gizli "öpüşləri", "xəyanətləri". Hardasa toy səsi ucalır yenə, Zurnanın zilidi göyə dırmaşan. Kimin yuxusundan kimin evinə Görən gəlin köçür o qız bu axşam? İndi yatanamı "oyan!" deyəsən? Gəlin gedənəmi "dayan!" deyəsən? Səni kim eşidər bu vurhavurda? Adına "dəlidir" deyərlər sənin. Bir az hay-küy salsan, qorx ki, axırda Tutub nağaratək döyərlər səni. Sən öz dərdini çək, ay mağmun adam, Qalmısan təkliyin əlində indi. Necə gözəl qızlar keçdi yuxundan, Hərəsi bir evdə gəlindi indi. Bəsdi tək dolandın bu şəhərdə, tək, nə yadnan, nə də ki, qohumnan evlən. Bərk-bərk qucaqlayıb var gücünlə çək, çıxart bir gözəli yuxundan,- evlən!..
Sayfa 68 - Yuxularda gəzən qızlarKitabı okudu
·
19 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.