Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

340 syf.
10/10 puan verdi
·
Beğendi
·
45 günde okudu
Başsız Atlı
Oxuyub bitirdiyim növbəti kitab,
Mayne Reid
Mayne Reid
qələminin əsəri olan "
Başsız Atlı
Başsız Atlı
" oldu. Kitabı ancaq yolda və çox az hallarda işdə oxuduğum üçün, 45 günə bitirdim. Biyabırçılıq... Kitabda, Texasda qısqanclıq ucbatından baş verən qorxunc qətldən bəhs edir. Belə ki, Vudli Poyndeksterin oğlu Henri öldürülür, amma cəsədi axtarışlar zamanı ortaya çıxmır. Burada Kapitan Kassi Kolhaun, Mustanger Moris Ceraldı öz xalası oğlunun qətlində təqsirləndirib, yalanlar və dezinformasiyalar ilə şərləyərək edam etdirmək istəyir. Lakin Moris bərk xəstələnir və özünü müdafiə edə bilmir, danışa bilmir. Bundan istifadə edən Kapitan Kolhaun və puluna görə ona yaltaqlıq edənlər, Hakimdən tələb edirlər ki, Mustanger Moris Ceraldı törətdiyi qətlə görə təcili edam etsinlər. Bu ərəfələrdə bir çox İnsan qorxunc mənzərə ilə qarşılaşır. Belə ki, adi İnsandan tutmuş, məmura, Əsgərə və Döyüşçülərə qədər hər kəsi qorxuya salan, damarlarda qanı donduran o başsız atlı bir çoxlarına görünür. Texas sakinləri onu qarabasma, Cin, Şeytan və s. kimi varlıq olaraq tanıyırlar. Lakin Kapitan Kassi Kolhaun Moris Ceraldı asanlıqla edam etdirmək üçün, Morisin Dostu Zeb Stump isə Mustanger Morisin günahsızlığını ortaya çıxarmaq üçün, həmin o məşhur başsız atlını axtarmağa başlayırlar. Çünki onlar anlayırlar ki, hər kəsi, hətta onların özlərini belə qorxuya salan həmin o başsız atlı, bu cinayət ilə əlaqədardır. Bəs görəsən İnsanları qorxuya salan və Texasda qorxu yayan başsız atlının sirri nədən ibarətdir?! Əvvəlcə, Qanun Nəşriyyata zəngin məntiq, qrammatik, hərf və cümlə qurmaq səhvlərindən ötrü təşəkkürlər! İşçilərinizi mütəmadi olaraq Azərbaycan dili üzrə kurslara göndərmək məqsədyönlü olardı! Bu əsərdə mən Mustanger Moris Ceraldın timsalında özümü gördüm. Çünki, dəfələrlə Kapitan Kassi Kolhaun kimiləri məni şərləyiblər, barəmdə qarayaxma təbliğatları aparıblar, onların yaltaq ətrafı və əlaltıları da bu işdə mənim əleyhimə onlara kömək ediblər! Düzdür, məsələ həbsə qədər gedib çatmayıb, amma belə bir hal baş versə belə, təəccüblənmərəm! Çünki, ölkəmizdə o qədər Kassi Kolhaunlar var ki, şər atmaqda, yalan danışmaqda, pislik etməkdə, məhv etməkdə ustalaşan!
Başsız Atlı
Başsız AtlıMayne Reid · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 0543 okunma
·
23 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.