Başsız Atlı

Mayne Reid
Reklam

Yorumlar ve İncelemeler

Puan vermedi·340 syf.··
Beğendi
·
2025 12. kitabı
Bir zamanlar dedemin kütüphanesinden bulduğum ender inciyi; Başsız atlıyı defalarca okumaktan zevk aldığımı söyleye bilirim. Romandakı korkusuz Moris Cerald ve İsidora çok sevdiğim karakterlerdi. Hercule Poirot, Sherlock Holmes gibi dedektivlere kafa tutan bu roman uzun yıllar başucu romanım oldu. Zamanla kitap, roman zevkim değişti tabi, ama Başsız Atlı bu gün bile tercih edeceğim eserlerdendir. Macera, heyecan dolu kaliteli zaman geçirmek bu kitabı okumak demektir.
Başsız AtlıMayne Reid · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 0807 okunma
Puan vermedi·80 syf.·
2023 7. kitabı
İlk başta bana göre fazla sıkıcıydı.Hatta kitabı yarım bırakacaktım ama sonra...herşey çok değişti olaylar daha gizemli oldu ve kitap akıcı olmaya başladı...
Başsız AtlıMayne Reid · Qanun Nəşriyyat · 2005807 okunma
9/10
·437 syf.··
Beğendi
·
2024 14. kitabı
·
5 günde okudu
·
Okunma: 26 Temmuz 2024 17:13
Desəm ki, bir filmi oxuyaraq da izləyə bilərsiz, inanardız? İndiyə qədər oxuduğunuz bütün dedektiv kitabları unudun demirəm, amma mən öz oxuduqlarımı unutdum. Dedektiv janrı tez-tez oxumasam da, bu kitabın süjet xətti və kitabdakı cinayətin təfərrüatlarını açmaq üçün göstərilən addımlar o qədər möhtəşəm və sehrli idi ki, kitabı əldən buraxmaq olmurdu. Kitabın sonuna qədər “Başsız atlı” nın kim olduğunu bilmək az qala maraqdan kitabın sonunu oxumağa məni məcbur edirdi. Həmin şəxsin kim olduğunu biləndən sonra isə içimdə məyusluq, qorxu və təəccüb hissi baş qaldırdı. Xüsusilə, bu kitabın yay aylarında oxunması kitabda baş verən hadisələrin cəngəllikdə və meşədə olması ilə çox səsləşir deyərdim. Dedektiv kitablar haqqında proloq yazarkən çox məlumat vermirəm ki, marağı qaçmasın. Amma bu kitabı mütləq oxuyun.
Başsız AtlıMayne Reid · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 0807 okunma
9/10
·340 syf.··
Beğendi
·
2024 28. kitabı
·
5 günde okudu
·
Okunma: 17 Ağustos 2024 20:16
Bir kitabı alarkən, təbii ki, hamı kimi öncəliklə onun proloqu ilə maraqlanıram. Lakin fikrimcə kitabın adı da kitab haqqında bir çox şeyi deyir. Eynilə bu kitab kimi məni kitaba yaxınlaşdıran elə onun adı idi ( intriqa, qeyri-adilik sevdiyimdəndir bəlkə) Adı məndə böyük maraq oyatmışdı alanda. Beləcə maraqla bitirdiyim bir digər kitab #k:250317. Kitab dedektiv janrında qələmə alınmışdır amma bu kitabı Agatha ChristieAgatha Christie qələmi ilə müqayisə eləmək olmaz məncə. Süjet etibarilə düzünü demək lazımdırsa, çox da güclü bir yanı yoxdur. Bununla belə maraqldır ki, oxucunu özünə bağlamağı bacarır. Oxuduqca oxuyası gəlir adamın. Bir sıra məsələlərə toxunulub kitabda. Eşq, məhəbbət, dostluq, qısqanclıq vs. Lakin nə dedektiv janrı kimi tam odur nə də romantika uclardadır. Bununla belə deməliyəm ki, kitabda məni özünə bağlayan ən başlıcası atlar, savannalar, düzən, mustanqlar, kovboyvari həyat idi. Bu nöqteyi-nəzərdən çox gözəl qələmə alınıb. O atmoseri duya bilirsən. Axıcı, çox da yormayan, maraqlı əsər vaxt edib oxumağınızı tövsiyyə edərdim.
Düşünce
Başsız AtlıMayne Reid · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 0807 okunma
8/10
·340 syf.··
Beğendi
·
2013 4. kitabı
·
4 günde okudu
·
Okunma: 19 Temmuz 2013 22:59
"1980'ci illərin sonunda hələ orta məktəbdə oxuyarkən kəşf etmişdik bu romanı. Böyük həvəslə oxumağa başlamışdıq və sonunda mənim də sıram gəlmişdi bu kitabı oxumağa, çünki o zamanlar kitabları, hələ ki, xarici dildən çevirilmiş belə kitabları çox az tapırdıq. Rayonun öz mərkəzi kitabxanası belə getdiyimiz olurdu. Ona görə bir kitabı oxumaq üçün sıramız gələnə qədər gözləməli, kitabı oxuyanların isə üzündəki o məmnunluq, tez müzakirə etmək hissini görüb, spoiler yeməkdən qaçıb tez bir zamanda bu kitabı oxumaq və həyəcanımızı basdırmaq üçün güc-bəla ilə səbr edirdik. Beləliklə uşaqlar səbirsizliklə oxuma sıralarını gözləyirdi. Oxuyanların da üzündəki o heyrəti, kitabın hər səhifəsini gərginliyə boğan Başsız Atlı'nın kimliyini bilmə duyğusunun baş qaldırdığı coşğulu sevinci görmək qaçınılmaz idi. Sıra ən yaxın dostuma gəlmiş və artıq axşam üzəri kitabı bitirdiyini sabah məktəbə aparacağını öyrəndiyim zaman mən də təbii ki, dayana bilməyib, kitabı ondan alıb, səhərə qədər bitirməyi hədəfləmişdim. Beləcə axşam qoyulmuşdum kitabı oxumağa. Qış ayı idi, özüm də odun peçinin (sobasının) yanında elə dalmışdım ki kitaba birdən hiss elədim başımı peçə o çox yaxınlaşdırdığımdan beynim başımın içində su kimi sağa-sola axır. O maraqla səhərə qədər bitirmişdim Başsız Atlı'nı. Artıq mən də bilirdim ki, kimdir bu müəmmalı 'Başsız Atlı!' " Yuxarıda bəhs etdiklərimi daha 8'ci daha ikən Azərbaycan dili və Ədəbiyyatı müəlliməm, həmişə dərsdə bir kitabdan söz açma adətinə sadiq qalaraq söz açmışdı. Bunun üzərindən mənim də marağım artmışdı bu romana qarşı. Hərkəsdən soruşmuş, kitabxanalarda axtarmış, ən son isə aylar sonra bir yay günü kənd kitabxanasından tapmışdın. Şerlok Holms tərzində bir dedektiv janrında bir romandır, amma Şerlok Holms bir çox cildə və dedektiv janrında
Edebiyat
Başsız AtlıMayne Reid · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 0807 okunma
Gerilim,korku, gizem
Puan vermedi·340 syf.··
Beğendi
·
2023 5. kitabı
Mayn Rid bir çox kitabların muellifidir Başsız atlı sirasindan başqa Mauqli,Heraklin on iki qocalığı,Kapitan Qratin uşaqları, Səfillər,Robinzon Kruzo, Prometey Arqoonavatlar,Qoca və dəniz,Amfibiya adam ve s. Meşhur kitabları var ve her birini tövsiyyə edirəm iyi okurlar...
Başsız AtlıMayne Reid · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 0807 okunma
9/10
·340 syf.··
Beğendi
·
2021 31. kitabı
Təsvirə çox üstünlük verilmiş dedektiv demək olar.Kitabda çox gözəl məqamlara yer verilib.Sonu isə həqiqətən çox maraqlıdır.Başsız Atlının səhnəyə çıxdığı məqamlar həqiqətən insana qəribə hisslər keçirdir.Oxuyun.Oxumağa dəyər.
Başsız AtlıMayne Reid · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 0807 okunma
Başsız Atlı
10/10
·340 syf.··
Beğendi
·
2024 2. kitabı
·
45 günde okudu
·
Okunma: 23 Şubat 2024 13:54
Oxuyub bitirdiyim növbəti kitab, Mayne ReidMayne Reid qələminin əsəri olan " Başsız AtlıBaşsız Atlı " oldu. Kitabı ancaq yolda və çox az hallarda işdə oxuduğum üçün, 45 günə bitirdim. Biyabırçılıq... Kitabda, Texasda qısqanclıq ucbatından baş verən qorxunc qətldən bəhs edir. Belə ki, Vudli Poyndeksterin oğlu Henri öldürülür, amma cəsədi axtarışlar zamanı ortaya çıxmır. Burada Kapitan Kassi Kolhaun, Mustanger Moris Ceraldı öz xalası oğlunun qətlində təqsirləndirib, yalanlar və dezinformasiyalar ilə şərləyərək edam etdirmək istəyir. Lakin Moris bərk xəstələnir və özünü müdafiə edə bilmir, danışa bilmir. Bundan istifadə edən Kapitan Kolhaun və puluna görə ona yaltaqlıq edənlər, Hakimdən tələb edirlər ki, Mustanger Moris Ceraldı törətdiyi qətlə görə təcili edam etsinlər. Bu ərəfələrdə bir çox İnsan qorxunc mənzərə ilə qarşılaşır. Belə ki, adi İnsandan tutmuş, məmura, Əsgərə və Döyüşçülərə qədər hər kəsi qorxuya salan, damarlarda qanı donduran o başsız atlı bir çoxlarına görünür. Texas sakinləri onu qarabasma, Cin, Şeytan və s. kimi varlıq olaraq tanıyırlar. Lakin Kapitan Kassi Kolhaun Moris Ceraldı asanlıqla edam etdirmək üçün, Morisin Dostu Zeb Stump isə Mustanger Morisin günahsızlığını ortaya çıxarmaq üçün, həmin o məşhur başsız atlını axtarmağa başlayırlar. Çünki onlar anlayırlar ki, hər kəsi, hətta onların özlərini belə qorxuya salan həmin o başsız atlı, bu cinayət ilə əlaqədardır. Bəs görəsən İnsanları qorxuya salan və Texasda qorxu yayan başsız atlının sirri nədən ibarətdir?! Əvvəlcə, Qanun Nəşriyyata zəngin məntiq, qrammatik, hərf və cümlə qurmaq səhvlərindən ötrü təşəkkürlər! İşçilərinizi mütəmadi olaraq Azərbaycan dili üzrə kurslara göndərmək məqsədyönlü olardı! Bu əsərdə mən Mustanger Moris Ceraldın timsalında özümü gördüm. Çünki, dəfələrlə Kapitan Kassi Kolhaun kimiləri məni
Kitap Alıntısı
Başsız AtlıMayne Reid · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 0807 okunma
10/10
·389 syf.·
2024 19. kitabı
Çox nadir hallarda daha əvvəllər oxumadığımız üçün peşman olduğumuz kitablarla kəsişir yollarımız. "Başsız atlı" da mənim üçün elə kitablardan oldu. Proloqu oxunduqdan sonra hadisələrin cərəyanı olduqca maraq yaradır. "Başsız atlı" kimdir, onun başı niyə yoxdur və s. Kimi. Daha sonra irəliləyən süjet Luiza və Moris Ceraldın intizarlarına köklənsə də, kuliminasiya nöqtəsindən sonra hadisələr olduqca maraqlı olmağa başlayır. Obrazların düşüncə və yaşantılarından bir parça sanki oxucuya yüklənir. Tək bununla da qalmır, baş verən qətl və peyda olmuş "Başsı atlı", törədilən qətlin təfərrüatları kitabı 2x lə oxumağa sövq edir) Kitabın sonluğu həddən ziyadə romantik gəlsə də, oxucu təxəyyülünə buraxılmaması bəyəndiyim tərəflərindən oldu. Son olaraq "Başsız atlı" ilə tanış olmağıma vasitəçi olduğu üçün PəriPəri'yə təşəkkür edirəm
Başsız AtlıMayne Reid · Çaşıoğlu Nəşriyyatı · 0807 okunma
10/10
·80 syf.··
Beğendi
·
2021 3. kitabı
İncelemede spoil var: Başsız atlı Mayn Rid tərəfindən 1865ci ildə yazılmış əsərdir.Varlı fermer ailəsi ilə birlikdə yeni malikanəyə köçürlər.Səhrada aza bu ailəni Mustanger Moris Cerald xilas edir.Günün birində varlı ev sahibinin oğlu itir.Daha sonra başsız atlı meydana çıxır.Kimdir bu başsız atlı-şeytan,kabus yoxsa insan?
Korku-Gerilim
Başsız AtlıMayne Reid · Qanun Nəşriyyat · 2005807 okunma