İlk başta bana göre fazla sıkıcıydı.Hatta kitabı yarım bırakacaktım ama sonra...herşey çok değişti olaylar daha gizemli oldu ve kitap akıcı olmaya başladı...
Başsız AtlıMayne Reid · Qanun Nəşriyyat · 2005805 okunma
Bir zamanlar dedemin kütüphanesinden bulduğum ender inciyi; Başsız atlıyı defalarca okumaktan zevk aldığımı söyleye bilirim. Romandakı korkusuz Moris Cerald ve İsidora çok sevdiğim karakterlerdi. Hercule Poirot, Sherlock Holmes gibi dedektivlere kafa tutan bu roman uzun yıllar başucu romanım oldu. Zamanla kitap, roman zevkim değişti tabi, ama Başsız Atlı bu gün bile tercih edeceğim eserlerdendir. Macera, heyecan dolu kaliteli zaman geçirmek bu kitabı okumak demektir.
Başsız AtlıMayne Reid · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 0805 okunma
Roman Vəhşi Qərbdə keçən sirli və həyəcanlı bir macəra hekayəsidir. Əsərin mərkəzində qəfil ortaya çıxan sirli bir atlı və onunla bağlı müəmmalı hadisələr dayanır. Müəllif sevgi, qisas, ehtiras və ədalət mövzularını ustalıqla birləşdirərək oxucunu sonadək maraq içində saxlayır. Təsvirlər canlı, süjet isə həm romantik, həm də detektiv ruhludur. Roman həm dövrünün atmosferini, həm də insan xarakterlərinin dərinliklərini əks etdirməyi bacarıb.
Mayn Ridin 1865-ci ildə nəşr olunan “Başsız Atlı” klassik bir macəra romanıdır və Amerikanın qərb sərhədlərindəki geniş, vəhşi çöllərdə baş verir. Roman təbiət, insan münasibətləri, sevgi, sirr və cinayət mövzularını bir araya gətirir, oxucuları təsirli bir hekayə ilə özünə çəkir.
Romanın əsas qəhrəmanı Moris Gerald, sirli keçmişə sahib olan bir irlandiyalıdır. O, Meksika-Amerika sərhədindəki torpaqlara sahib olan varlı bir qadın, Luiz Poindexter ilə eşq yaşayır. Lakin Moris haqqında yayılan şayiələr və insanlar arasında ona qarşı olan şübhələr, onların sevgisini təhlükəyə atır. Kitabın mərkəzində isə başsız bir atlı barədə danışılan qorxulu əfsanə dayanır. Kənd camaatı bu atlıyı gördüklərini iddia edir və bu sirli hadisə hekayənin gedişatını yönləndirir.
Sirr və cinayət:Başsız atlı obrazı, bilinməyən və qorxulu bir təhlükənin simvoludur. Bu obraz, roman boyunca oxucuları həyəcan və maraq içində saxlayır. Kitab boyunca Moris, bu atlı ilə əlaqəsinin olub-olmamasına dair şübhələrlə üzləşir.
Sevgi və qısqanclıq:Moris və Luizin sevgisi romanın əsas xəttini təşkil edir. Lakin ətrafdakı insanların Morisə qarşı qısqanclığı və şübhələri, bu münasibəti daima təhlükə altına qoyur.
Kitab sadəcə bir macəra deyil, həm də insan təbiətini, qısqanclığı, nifrəti və sevgini araşdırır. Moris Geraldın sirli keçmişi və başsız atlının kimliyi oxucunu maraqda saxlayır və hər səhifədə hekayənin gərginliyi daha da artır. Macəra və sirr sevənlər üçün bu roman unudulmaz bir oxu təcrübəsi təqdim edir.
Kaşki daha əvvəl oxuyardım dediyim o kitab. Axıcılığı səbəbi ilə 4 gündə bitirdim. Mövzunun ilərləyişi, sonluğu, hər şey məni o qədər qane etdi ki. İmkanı olan oxusun deyərdim. Bir azdan filmini də izləyəcəm, məndə qoyacağı təəsüratlar üçün səbirsizlənirəm.
“Başsız Atlı”nı oxumaq çox xoş oldu. Hadisələr necə gəlib keçir, hiss etmirsən belə. Luizanın sədaqəti, sevgisi başdan sona təsir edir — oxuduqca ona hörmətin daha da artır.
3 dəfə oxuduğum sevimli kitablarımdan biri)
Müəllifin "qara şimal küləyi" bölməsindəki təsviri sizi bir anda Texasın boz çöllərində fırtınanın ortasına aparır.Düzdü sonu vestern film klassikası tərzində xoşbəxt sonluq klişesi ilə bitir, amma yenə də maraqlı idi.
Mayn Rid | Başsız atlı
"Başsız atlı" oxuduğum ən axıcı klassik romanlardan biri oldu. Dedektiv janırında yazılan bu əsər, axıcılığı və sadə dili ilə oxucunu özünə bağlayır. Kitabda bununla yanaşı eşq, məhəbbət, dostluq, qısqanclıq kimi məsəslələrə də tounulub.
Proloqu oxuduqdan sonra hadisələrin cərəyanı olduqca maraqlı gəlir. "Başsız atlı" kimdir? Niyə başı yoxdur? Bunları isə oxuduqca biləcəksiz.
“Başsız atlı” romanı 19-cu əsrdə Amerikada baş vermiş sirli bir qətl haqqındadır. Varlı fermer Vudli Poyndekster və onun ailəsi yeni malikanəyə köçmək üçün yola çıxırlar. Böyük bir düzənlikdə yolu azan ailəni bu yerlərin məşhur vəhşi at ovçusu – mustanger Moris Cerald xilas edir. Poyndeksterin gənc qızı Luiza ilk baxışdan ona vurulur, Luizanın ona aşiq bibisinin oğlu Kassi Kolxaunsa dərhal mustangeri özünə rəqib görməyə başlayır. Günün birində Luizanın qardaşı Henri yoxa çıxır. Az sonra başsız atlı peyda olur. Bu qeyri-adi atlı ay işığına qərq olmuş savannanı dolaşaraq orda yaşayanları dəhşətə gətirir.
Başsız atlını bir çoxları hətta müxtəlif vaxtlarda və bir neçə dəfə görmüşdü…Bu qəribə surət hamını qorxutmuş və hamı üçün anlaşılmaz bir sirr olaraq qalmışdı.. İndi adamların bu dəhşətli surəti, doğrudan da, gördüklərinə heç kəs şübhə etmirdi. Buna heç inanmamaq olardımı? Buna inanmamaq azı iki yüz cüt gözün görmüş olduğuna zidd getmək deməkdi. Onu teyf adlandırmaq olmazdı. Hamı özünə belə bir sual verirdi : ta qədim zamandan bəri hökm sürən təbiət qanunlarına zidd gedən bu qəribə hadisəni necə anlamalı? Bir-birinə zidd olan ən azı on müxtəlif fikir deyilirdi. Bu fikirlər az çox həqiqətə oxşasa da, bəzən çox mənasız görünürdü. Bəziləri onun həqiqi bir atlı olduğunu hesab edib başını şal altında gizlətdiyini, qarşıdakı yolu görmək və atı idarə etmək üçün şalda göz üçün iki deşik olduğunu düşünürdü. Elə adamlar da vardı ki,başsız atlının iblis olduğunu inadla təsdiq edirdilər…Kimdir o - kabus, şeytan yoxsa insan ?
Desəm ki, bir filmi oxuyaraq da izləyə bilərsiz, inanardız?
İndiyə qədər oxuduğunuz bütün dedektiv kitabları unudun demirəm, amma mən öz oxuduqlarımı unutdum. Dedektiv janrı tez-tez oxumasam da, bu kitabın süjet xətti və kitabdakı cinayətin təfərrüatlarını açmaq üçün göstərilən addımlar o qədər möhtəşəm və sehrli idi ki, kitabı əldən buraxmaq olmurdu.
Kitabın sonuna qədər “Başsız atlı” nın kim olduğunu bilmək az qala maraqdan kitabın sonunu oxumağa məni məcbur edirdi.
Həmin şəxsin kim olduğunu biləndən sonra isə içimdə məyusluq, qorxu və təəccüb hissi baş qaldırdı.
Xüsusilə, bu kitabın yay aylarında oxunması kitabda baş verən hadisələrin cəngəllikdə və meşədə olması ilə çox səsləşir deyərdim.
Dedektiv kitablar haqqında proloq yazarkən çox məlumat vermirəm ki, marağı qaçmasın.
Amma bu kitabı mütləq oxuyun.
Başsız AtlıMayne Reid · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 0805 okunma