Raisa

Raisa
@dalliaancee
Kitap okuyan biri, ölmeden önce binlerce hayat yaşar. Hiç okumayan insan ise sadece bir hayat.
@dalliaancee·
·
sabitlendi
Bu dünyada elde tutmaya değer tek şey de gençliktir.
Reklam
7/10
·524 syf.··
2026 1. kitabı
·
375 günde okudu
·
Okunma: 01 Mart 2026 19:31
Sonunda bitirib bir “Ohhh…” deyə bildim. Uzun müddətə oxuduğum ilk kitab ola bilərdi. Sırf kitabdakı toksik münasibəti sindirmək üçün deyil, gəzib gördüyüm, hər bir köşəsinə aşiq olduğum İstanbulu daha çox oxumaq, daha çox düşünmək və daha çox xəyal etmək üçün… Kitab dərin nostalgiyanı və romantikanı özündə bir bütün şəklində birləşdirməklə qalmır, hətta sizi bir növ çilədən çıxarmağa da məhkum edir. Ahh, Kemal… Onun haqqında çox sözlər yazardım, amma bir neçə cümlə ilə ifadə etsəm, olğunlaşmaması, dramatikliyi üzündən öz qürurunu və həyatını həba etməsi, sırf bir qadın üçün illərlə eyni nöqtədə ilişib qalması, əslində bizə həyatın hər kəs üçün nə qədər fərqli bir yer olduğunu göstərir. Həyatı bir şans kimi düşünsək, Kemalın etdiyi, bu şansı sonsuza qədər itirmək oldu. Füsunun uşaqlıqdan aldığı travmalar, yaşadığı talehsizliklər onu Kemala sığınmağa, özü üçün bir liman seçməsinə səbəb olsa da, gəmi yanlış limanı mümkün qədər tez tərk edərmiş, təəssüf ki… Sibelin Kemalı əvvəlki halına qayıtması üçün etdiyi fədakarlıqlar… Sonunda Sibel anladı ki, özünü fəda etdikcə, öz həyatını da fəda edir və onun bu yoldan tez qayıtması, onunçün, xəyal etdiyi xoşbəxt gələcək üçün ilk və çətin addım idi. Əfsuslar olsun ki, Kemal bunu bacarmadı, illərlə eyni qadının evində, süfrəsində ilişib qaldı, onun əşyalarını toplayaraq təsəlli tapdı, Sibel’ə haqsızlıq etdi və bəlkə də həyat onu Füsunu itirməklə cəzalandırdı… Ahh, Füsun… Şiddətlə tövsiyə edəcəyim bir kitab deyil, amma bəzi gerçəklikləri sezmək üçün oxunula bilər.
Masumiyet MüzesiOrhan Pamuk · Yapı Kredi Yayınları · 202460,3bin okunma

Raisa

, bir kitap okudu
7/10
·524 syf.··
375 günde okudu
·
2026 1. kitabı
Orhan Pamuk
7.5/10 · 60,3bin okunma
Müzemle yalnız Türk milletine değil, dünyanın bütün milletlerine hayat ile gururlanmayı öğretmek istiyorum. Gezdim gördüm: Batılılar gururlanırken, dünyanın büyük çoğunluğu utanç içerisinde yaşıyor. Oysa hayatımızdakı utanç verici şeyler bir müzede sergilenirlerse, hemen gururlanılacak şeylere dönüşürler.
Reklam