Raisa

Raisa
@dalliaancee
Kitap okuyan biri, ölmeden önce binlerce hayat yaşar. Hiç okumayan insan ise sadece bir hayat.
Bəzən nə yazacağını bilmirsən, amma sadəcə yazmaq istəyirsən. Durğu işarələrini də qoymağa bəzən səbrin və hövsələn çatmır. Elə hey istəyirsən ki, beynindəkiləri kağıza tökəsən. Qorxursan ki, geciksən, fikirlərin uçar. Bir daha əvvəlki kimi düşünə, ardıcıllığı yadına sala bilmərsən. Bəzən deyirlər ki, səhər tezdən qalxmaq səni digər insanlardan fərqləndirir. Hə, doğruymuş. Məsələn, günəşin ilk şəfəqlərini, quşların nəğməsini, havadakı o mehi, şəhərin səssizliyini ilk mən duydum. Gündüz həyətin torpağı üzərində səs-küy salaraq oynayan, səsləri ta balkonuma kimi gələn uşaqların sevinc hayqırışlarını, nərd oynayan dayıların oyun söhbətlərini, söhbət edən xalaların sözcüklərini, reaksiyalarını duymuram. Səssizliyin içindəki duyulmayan səs-küy insana necə də hüzur verirmiş. Bəlkə də balkonunda mənim kimi edən, amma görə bilmədiyim insanlar anlayar sezərək hiss etdiyim duyğularımı. Bir azdan günəş ən təpəyə çıxacaq- şəhərin səs küyü başlayacaq, uşaqların oyun səsləri, dayıların nərd söhbətləri, xalaların qiybətləri həyatımızın- günümüzün tamamlanacaq olan parçalarını kompensasiya edəcək. Mənə düşən hissəsini də ya yazaram, ya da yerinə yetirərəm. Burda qərarsızam… 09.05.24
Reklam
Bu hadisəni paylaşmağı özümə borc bilirəm. Bugün Bakı - Qroznı istiqamətində hərəkət edən AZAL’ın sərnişin təyyarəsi faciəvi şəkildə qəzaya uğrayıb. Nəticədə ölənlər və yaralananlar var. Bu acı xəbər ömrümüzdən ömür aldı, qəlblərimiz acı ilə sızladı, oradakı insanların yerinə göz yaşları tökdük, amma bu onların cansız bədənlərini həyata və öz doğmalarının yanına geri qaytarmadı… Pilotlarımızın peşəkar bacarığı sayəsində sağ qalan insanların varlığı, onların necə qəhrəmancasına mübarizə apardığını və son ana qədər öz vəzifələrini layiqincə yerinə yetirdiklərinin əsl sübutudur. Hökümə Əliyevanın ürəkləri sızladan səsi isə qulaqlarımızdan getmir. Əsl mərdliklə o halda belə insanları sakitləşdirməyə, həyat şövqünü artırmağa çalışır, amma özünün həlak olması bizləri dərin hüznlə sarsıdır. Allah ölənlərə rəhmət etsin, yaxınlarına səbir versin. Xəstələrə isə Allahdan şəfa diləyirəm. Sizləri və bu günü unutmayacağıq, Azərbaycanın qəhrəman insanları… 25.12.2024
Dünyadakı Cənnət’i sizə anlatsam, yəqin ki, yenə də inanmazsınız. Bu Cənnət’i görmək üçün görən göz, duyan qulaq lazım deyilmiş. Hiss etmək yetərli imiş. İstərəm ki, anladacağım bu yazılar bütün dünyaya çatsın. 30 ildir ki, həsrəti ilə yandığımız bu torpaqları yaxından görmənin nəsib olmasının sevinci bir yana, bu gözəlliklərin hər birinə canlı-canlı şahid olmanın verdiyi qürur hissini yaşamayan, hiss etməyən nəql etdiklərimi anlamaz. Gəzdiyim hər bucağında yaxından tanış olduğum bu yerlər qəlbimi elə ovsunladı ki, ayrılıq mənim üçün çox qərib oldu. Havası, suyu, çiçəkləri, çayları, dağları- bu qədər gözəllikləri dünyanın hər yerində bəlkə də tapmaq olar, amma buradakı kimi heç yerdə olmadığına əminəm. Düşündükcə ki, burada bir zamanlar düşmənlər yaşayıb, o zaman onların bizdən həm mənəvi, həm də emosional cəhətdən nələr aldıqlarını daha yaxşı dərk etdim. Məktəbdə inşalarımda yazdığım o söz “ Allahın izni ilə torpaqlarımız azad olunacaq və biz o torpaqlarda bayramlarımızı qeyd edəcəyik.” cümləsi gerçək oldu. Bu cümləni hər dəfə yazanda şübhə ilə yanaşırdım bu arzuma. Amma ədalət deyə bir gerçək varmış. Hansı ki, bütün parçalar yerinə otururmuş. Həmin yerdə bu yerlərdə doğulub- böyümüş, sonra isə yurdundan didərgin düşmüş bir dağ qızı ilə tanış oldum. Adını yazmağımı istəmədi. Amma gözləri dağlar kimi yaşıl, çiçəklər kimi gözəl idi. Gülüşündə sanki bütün gözəlliklər əks olunmuşdu. “Qayıtdığına sevinirsən mi?” deyə soruşdum. “Sevinirəm, amma məndən burada keçəcək xatirələrimi və uşaqlığımı aldılar.” - dedi. Necə də haqlı idi. Dağılmış evlərə, evlərdən geriyə qalan xarabalığa baxanda hansı hislərimi qərar tutacağımı bilmirdim. Bu yerin üzərinə çökən bir sakitlik və hüzün var idi. Evlərə hər baxdıqca bir zamanlar burada yaşayan ailələri, onların yemək stollarında keçən
“Uzun-uzun fikirlərə dalanda ilk düşündüyün nə olur?” deyə soruşanda həmişə nə cavab verəcəyini bilməzdi. Qarışıq düşüncələrin harmoniyası onda elə bir yaşam tərzi yaratmışdı ki, ipin ucunu nəinki tapmaq, ipin özünü belə itirmişdi. Buna həyatdan əlini üzmüş insan fiquru kimi baxsam, harada səhv etdiyimi yəqin ki, tapa bilmərəm. Bəzən üzünə dəyən ilıq bir yay küləyi ilə saçlarının geriyə daranması gözlərinin rəngini elə bəlirginləşdirirdi ki, ilk hansı rəngi sezməyə başlayacağını bilmirdi. Qəhvəyinin tonu mu idi bu? Yoxsa dənizin üzərinə öz rəngini sərən mavinin yansıması mı? Fikirləri kimi gözlərində yaranan bu harmoniya onu sanki fərqli bir dünyaya tərəf çəkirdi. Yoxsa bu gözlərdə gördüyü sevgi idi mi? Həyatda ipin ucunu itirmiş birindən soruşulan necə də qəribə bir sualdır? Sevildiyini belə bilmirdi. Yoxsa heç sevilmədiyindən mi idi bu uzun-uzun dalışlar? Bəzən istəyirdi bunlar hamısı bir yuxu olsun, dalğaların sahildə çabalayan balığın həyatını qurtarıb onu dənizə qərq etdiyi kimi, o dalğalar da onu ümman dənizinə yola salsın.
Reklam