Gönderi

Mənim könlüm deyir ki,Hələ bunlar nədir ki...
Mənim könlüm deyir ki, Hələ bunlar nədir ki... Boyük günlər, şanlı günlər, şən günlər, Yoluna düşən günlər Hələ qarşımızdadır! Hələ bunlar nədir ki... Mənim könlüm deyir ki, Həyat ondan küsənləri incidər Möhkəm dəzgah, şirin əmək, inci tər Hələ qarşımızdadır! Babam derdi: "Keçən günə gün çatmaz!" Mənim könlüm bu sözlərə heç yatmaz. O düşünüb deyir ki, Hələ bunlar nədir ki... Ay işığı, dolu ürək, yaşıl bağ, Qızğın günəş, sərin çeşmə, qarlı dağ Hələ qarşımızdadır!
··
352 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.