Gönderi

246 syf.
10/10 puan verdi
·
Liked
Hər kəsə salam Bu gün sizə oxumağınızı tövsiyə etməyəcəyim bir kitab haqqında yazacağam Çünki, oxuduqdan sonra yuxularınız ərşə çəkiləcək,liftlərdən yalnız başınıza istifadə edə bilməyəcəksiniz.Nə zaman ki, bayquş görəcəksiniz ürəyiniz qopacaq və daha bunun kimi başqa qorxularınız baş alıb gedəcək. Qorxdunuzsa keçək kitab təhlilinə Xanın “Sancaqlı kölgələr və Leyla Xuni” kitabı olduqca maraqlı və bir o qədər də qorxuludur.Ən azından mənim üçün bu belədir. Sadəcə, qorxularının üzərinə getmək istəyənlər üçün mükəmməl kitabdır deyə bilərəm. Mən hər zaman qorxularımın üzərinə addım atmağı seçmişəm, elə buna görə də @azerbaycanoxuculari ilə olan görüşdə kitabın məzmunu, müzakirə zamanı məndə maraq oyatdı. Kitabı @bookzone.az dan əldə edib başladım oxumağa. Olduqca axıcı kitabdır, başlayan kimi əldən qoymaq mümkün deyil, əldən ki, qoydunuz maraq qalır kitabda nə baş verəcək deyə. Kitabda Ayxan və Toğrulun dostluğu məni çox heyrətləndirdi, sizcə belə dostlar varmı hələ də real həyatımızda? Daha detallı yazmıram ki, marağı itməsin Qeyd: Mən özümə bu il Gənc (yeni) Azərbaycan yazıçılarının kitablarını daha çox oxuyacağıma söz vermişəm. Sözsüzki, “Sancaqlı kölgələr və Leyla Xuni” bu sıyahıda yerini heçkəsə verməyəcək. Uğurlar diləyirəm sizə @xan_hesen Siz yazın, yazın ki, fərqli oxucular oxusun
Sancaqlı Kölgələr və Leyla Xuni
Sancaqlı Kölgələr və Leyla XuniXan · Strauss · 202341 okunma
·
49 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.